Bütün xəbərlər
Xilasedicilər Soçidə 4 gün əvvəl itən qızın cəsədini dənizdə tapıblar
Tarix: 20-06-2024 23:44 | Bölmə: Cəmiyyət

İyunun 16-da Qara dənizdə itən 20 yaşlı qızın cəsədi tapılıb, Rusiya Fövqəladə Hallar Nazirliyi özünün Telegram kanalında yazır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, xatırladaq ki, daha əvvəl mətbuatda güclü tufan zamanı kişi və qızın suya necə girməsi, sonra dalğaların onları ayaqlarından yerə yıxması ilə bağlı video yayılıb. Kişi yenidən sahilə çıxa bilsə də, qız dənizə aparılıb.
Hadisənin Soçidə, Riviera çimərliyində baş verdiyi bildirilir. Xilasedicilər bir neçə gün dənizə çıxıb və sahildən bir kilometr aralıda akvatoriyaya baxış keçiriblər.


Baxış sayı: 161


Bölməyə aid digər xəbərlər