Bütün xəbərlər
Qazaxıstanda Rusiya vətəndaşı qeyri-müəyyən şəraitdə öldürülüb
Tarix: 17-06-2024 19:10 | Bölmə: Cəmiyyət

Qazaxıstanın şimalında Rusiya vətəndaşı naməlum şəraitdə öldürülüb. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, cinayət törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
"Yerli Sinegor.kz" portalının məlumatına görə, 1984-cü il təvəllüdlü kişi Kalininqraddan Qazaxıstanın Şuçinsk şəhərinə qonaq gəlib.
O, iyunun 9-da əlaqəni kəsib və bir neçə gün sonra məlum olub ki, rusiyalı ölü tapılıb. Polis qətli araşdırır.



Baxış sayı: 231


Bölməyə aid digər xəbərlər