14:13 / 26-10-2024
Ayı xizəkçini dişləyib
Bütün xəbərlər
Tümendə dəmir yolunda terror aktının qarşısı alınıb
Tarix: 07-06-2024 20:12 | Bölmə: Cəmiyyət

FTX-nin regional idarəsinin məlumatına görə, Tümendə dəmir yolunda terror aktı hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İstintaqın məlumatına görə, saxlanılan şəxs uzun müddət messencerdə müəyyən bir şəxslə qatarın relsdən çıxma ehtimalı ilə bağlı yazışıb. Nəticədə, onlar bu “layihəni” birgə həyata keçirmək barədə razılığa gəliblər, lakin kəşfiyyat xidməti bunun necə olduğunu açıqlamayıb.
Plan baş tutmadı - gənc saxlanıldı. Tümen Mərkəzi Məhkəməsinin qərarı ilə o, həbs edilib. Bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq terror aktının hazırlanması ilə bağlı cinayət işi başlanıb.
İkinci şübhəlinin şəxsiyyəti məlum deyil.



Baxış sayı: 170


Bölməyə aid digər xəbərlər
16-10-2024, 10:39 Ad günündə yanıb