Bütün xəbərlər
Atışma Moskvanın cənubunda kütləvi dava zamanı baş verib, itkilər olub
Tarix: 21-05-2024 22:46 | Bölmə: Cəmiyyət

Moskvanın cənubunda atışma ilə dava olub.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, burada 15 nəfərə qədər insan iştirak edib. Onların bəziləri artıq saxlanılıb.
TASS agentliyinin paytaxtın Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, insident Biryulyovo Qərb rayonunda, Medınskaya küçəsində baş verib. Ölənlər barədə məlumat var - iki nəfər bıçaqlanıb. Onlar artıq xəstəxanaya aparılıb.
İlkin məlumata görə, dava iştirakçıları travmatik silahdan da istifadə ediblər.


Baxış sayı: 168


Bölməyə aid digər xəbərlər