Bütün xəbərlər
3-cü sinif şagirdi yanğında ölüb
Tarix: 21-05-2024 11:35 | Bölmə: Cəmiyyət

Stavropol diyarında fərdi yaşayış evində baş verən güclü yanğın zamanı uşaq ölüb. İstintaq Komitəsinin regional idarəsindən verilən məlumata görə, faktla bağlı ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi ilə iş açılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, mayın 20-də axşam saatlarında Kursk kəndində kərpicdən tikilmiş evdə baş verən yanğın qısa müddətdə 100 kvadratmetr ərazini əhatə edib. Tüstünün iyini ilk olaraq böyük oğul hiss edib və həyəcan təbili çalıb, lakin ailə üzvləri çölə çıxanda 10 yaşlı uşaq kəskin tüstünü içinə çəkib. Həkimlər onu reanimasiya etməyə çalışsalar da, o, bir neçə saat sonra xəstəxanada dünyasını dəyişib.
Yanğın zamanı ev sahibi də xəsarət alsa da, ona faciə yerində köməklik göstərilib.
Yanğının səbəblərini müəyyənləşdirmək hələ də davam edir. Faktla bağlı ehtiyatsızlıqdan insan ölümünə səbəb olma maddəsi ilə cinayət işi açılıb.


Baxış sayı: 164


Bölməyə aid digər xəbərlər