Bütün xəbərlər
"Səbail"in baş məşqçisi: "Elvin Yunuszadənin polislərlə münaqişəsini görmədim"
Tarix: 10-02-2019 21:15 | Bölmə: Cəmiyyət

                               


"Stadiona gələn azarkeşlər maraqlı futbol izlədilər. Qapımızda iki qol görmüşüksə, bu, səhvlərimizdən xəbər verir. Ancaq yetirmələrimin oyunundan razıyam".
"Report" xəbər verir ki, bunu “Səbail”in baş məşqçisi Aftandil Hacıyevevdə "Zirə"yə 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XVI tur matçından sonra mətbuat konfransında deyib.
Gənc mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...
Komandanız ən yaxşı oyununu keçirdi. Maraqlıdır ki, dəfələrlə qələbəyə layiq futbol göstərməyib 3 xalı əldə etmisiniz. Bu gün isə tam əksinin şahidi olduq: parlaq futbol və məğlubiyyət. Nə mane olur ki, həm parlaq futbol oynayasınız, həm də 3 xalı qazanasınız?
- Məncə, dediyiniz şəklidə də qələbələrimiz olub. Erkən qol buraxdıq. Bu da futbolçularımıza müəyyən təsirini göstərdi. Həm parlaq futbol sərgiləmək, həm də qalib gəlmək üçün müəyyən zamana ehtiyac var. Yeni komandayıq. Zamanla bunun da öhdəsindən gələrik.
Elvin Yunuszadə qırmızı vərəqə aldıqdan sonra da meydanın ərazisini tərk etmədi. Daha sonra o, polislərlə münaqişəyə girdi...
- Qırmızı vərəqəyə görə ona cəza verilməyəcək. Ancaq məyusuq ki, onun xidmətindən növbəti turda istifadə edə bilməyəcəyik. O ki qaldı son saniyələrdə polislərlə münaqişəsinə, həmin vaxt fikrim oyunda olub və bunu görməmişəm.


Baxış sayı: 522


Bölməyə aid digər xəbərlər