Bütün xəbərlər
17 yaşlı oğlan dostunu bərbər salonunda bıçaqlayaraq öldürüb
Tarix: 31-03-2024 15:30 | Bölmə: Cəmiyyət

Paytaxtın istintaq orqanları Çertanovskaya küçəsində vəhşicəsinə qətllə bağlı cinayət işi açıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Moskva şəhəri üzrə Baş İstintaq İdarəsinin məlumatına görə, bazar günü Çertanovskaya küçəsində yerləşən bərbər salonunda 35 yaşlı kişi boyun nahiyəsindən bıçaqla qətlə yetirilib. İlkin məlumata görə, ölümcül zərbəni zərərçəkənə qəfil düşmənçilik münasibəti ucbatından tanışı vurub.
Paytaxt prokurorluğunun məlumatına görə, hücum edənin 17 yaşı var. Zərərçəkmiş aldığı xəsarət nəticəsində yerindəcə keçinib. Qətllə bağlı cinayət işi açılıb, şübhəli şəxs saxlanılıb.


Baxış sayı: 60


Bölməyə aid digər xəbərlər