Bütün xəbərlər
Başqırdıstanda mənzildə qaz partlayışı nəticəsində pəncərələr və giriş qapısı uçub
Tarix: 30-03-2024 13:42 | Bölmə: Cəmiyyət

Başqırdıstanın Salavat şəhər prokurorluğunun əməkdaşları yaşayış binasının birinci mərtəbəsində baş verən partlayışın səbəblərini müəyyənləşdirirlər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Salavat şəhəri, Salavat Yulayev küçəsində yerləşən yaşayış binasında cümə günü axşam saatlarında birinci mərtəbədəki mənzildə partlayış baş verib. Hadisə barədə Fövqəladə Hallar Nazirliyinin Respublika Baş İdarəsindən məlumat verilib.
Hadisə nəticəsində mətbəxdə və otağın pəncərəsi və giriş qapısı partlayış dalğası nəticəsində sınıb. Mənzilin əmlakına ziyan dəyib.
Bədəninin 60%-i yanıq xəsarəti alan şəxs hadisə yerindən xəstəxanaya aparılıb və vəziyyəti ağırdır. İlkin məlumata görə, evdə başqa zərərçəkən olmayıb, sakinlər təxliyə edilməyib.
Başqırdıstan Respublikası prokurorluğunun məlumatına görə, partlayışa səbəb qaz-hava qarışığının alışması olub. Nəzarət orqanının əməkdaşları hadisə ilə bağlı araşdırma aparır.


Baxış sayı: 56


Bölməyə aid digər xəbərlər