Bütün xəbərlər
Bıçaq xəsarətləri olan kişi meyiti tapılıb
Tarix: 26-03-2024 11:11 | Bölmə: Cəmiyyət

Moskvanın Cənub-Şərq inzibati rayonunda yataqxanada bıçaq xəsarətləri olan kişi meyiti tapılıb, paytaxt prokurorluğu xəbər verir.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İdarədən verilən məlumata görə, 1-ci Tekstilşikov küçəsində yerləşən yataqxanada bıçaq xəsarətləri şəklində zorakılıqla ölüm əlamətləri olan 1984-cü il təvəllüdlü kişi meyiti aşkarlanıb.
TASS xəbər verir ki, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları insidentin bütün hallarını aydınlaşdırır. Kuzminsk Rayonlararası Prokurorluğu bu fakt üzrə prosessual qərarların qəbuluna, o cümlədən cinayət işinin başlanmasına nəzarət edir.


Baxış sayı: 54


Bölməyə aid digər xəbərlər