Bütün xəbərlər
Belqorod vilayətində atışma zamanı Fövqəladə Hallar Nazirliyinin iki əməkdaşı yaralanıb
Tarix: 26-03-2024 10:39 | Bölmə: Cəmiyyət

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Belqorod vilayətinin Qrayvoronski rayonu Ukrayna Silahlı Qüvvələrinin raket hücumuna məruz qalıb, bir mərmi yanğın-xilasetmə bölməsinə düşüb.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, zərbə Qolovçino kəndindəki 43 saylı PSÇ-yə edilib, qarovul rəisi və yanğınsöndürən müvafiq olaraq ağır və orta dərəcəli bədən xəsarətləri alıb. Zərərçəkənlər hazırda xəstəxanadadırlar.
Bölmənin binası, bir xidməti “bulka” və dörd şəxsi avtomobil qəlpələrə tuş gəlib.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi hava hücumundan müdafiə sisteminin Belqorod vilayəti üzərində Çexiya RM-70 Vampire MLRS-dən atılan 13 mərmi və iki "Qrad" raketini vurduğunu bildirib. Rayon rəhbəri Vyaçeslav Qladkovun sözlərinə görə, Dubovoe kəndində iki nəfər xəsarət alıb.


Baxış sayı: 52


Bölməyə aid digər xəbərlər