Bütün xəbərlər
Los-Anceles sakini Yekaterinburqda Ukrayna Silahlı Qüvvələri üçün pul yığıb
Tarix: 20-02-2024 11:41 | Bölmə: Cəmiyyət

Rusiya və ABŞ-ın ikili vətəndaşlığı olan şəxs dövlətə xəyanətdə şübhəli bilinərək Yekaterinburqda saxlanılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Departamentin İctimaiyyətlə Əlaqələr Mərkəzinin çərşənbə axşamı, fevralın 20-də verdiyi məlumata görə, Los-Anceles sakini Ukrayna təşkilatının maraqları üçün vəsait toplayırmış.
Bu yolla əldə edilən pullar Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarına xərclənib, Ukrayna ordusu üçün sursat, silah, texnika və taktiki dərman dəstləri alınıb.
Əks-kəşfiyyat müstəntiqlərinin müəyyən etdiyi kimi, dövlətə xəyanətlə bağlı cinayət işi üzrə təqsirləndirilən şəxs öz təşəbbüsü ilə bu fəaliyyətləri 2022-ci ilin fevralından həyata keçirib.
Bundan əlavə, 33 yaşlı qadın ABŞ-da olduğu müddətdə Ukraynaya dəstək məqsədilə bir neçə dəfə müxtəlif tədbirlərdə iştirak edib.
Hazırda məhkəmə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçib.
Yada salaq ki, bir gün əvvəl Rusiya FSB əməkdaşları Ukrayna xüsusi xidmət orqanlarının Zaporojye vilayətində terror aktı törətməli və yerli siyasətçilərdən birini partlatmalı olan agentini zərərsizləşdiriblər.


Baxış sayı: 81


Bölməyə aid digər xəbərlər