Bütün xəbərlər
Fransada məhkum olunmuş rusiyalı fanat həbsdən azad edilib
Tarix: 19-02-2024 20:50 | Bölmə: Cəmiyyət

Fransa hakimiyyəti rusiyalı azarkeş Pavel Kosovu həbsdən azad edib. Pavel yaxın vaxtlarda Rusiyaya qayıdacaq.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 2020-ci ildə Pavel Kosov 2016-cı il Avropa çempionatında Rusiya və İngiltərə milli komandaları arasında keçirilən oyundan sonra ingilis azarkeşə ağır xəsarət yetirdiyinə görə 10 il müddətinə azadlıqdan məhrum edilib.Kosov 5 ildən çox həbsdə yatıb.
2016-cı ildə Marseldə Rusiya və İngiltərə milliləri arasında oyundan əvvəl iki komandanın azarkeşlərinin iştirakı ilə kütləvi dava baş vermişdi. 2018-ci ildə Pavel Kosov və Mixail İvankin Münhendə həbs edilib. İki il sonra onlar günahkar bilinərək müvafiq olaraq 10 və 3 il həbs cəzası alıblar. 2020-ci ilin dekabrında İvankin azad edilib vətənə qayıdıb.
RİA Novosti xəbər verir ki, Pavel Kosovun tezliklə azadlığa buraxılması ilə bağlı məlumatı onun vəkili Alen Duflo təsdiqləyib. Rus konsulunun müşayiəti ilə Pavel həbsxananı tərk edərək hava limanına gedib. Onun çərşənbə axşamı vətənə dönəcəyi gözlənilir.


Baxış sayı: 83


Bölməyə aid digər xəbərlər