Bütün xəbərlər
Kislovodskda 8-ci sinif şagirdi qısqanclıq zəminində yaşıdını bıçaqlayıb
Tarix: 18-02-2024 18:32 | Bölmə: Cəmiyyət

Stavropol diyarında yeniyetmə uşaq evinin əvvəllər məhkum olunmuş şagirdi ilə münaqişədən sonra reanimasiyaya yerləşdirilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, şənbə günü axşam Kislovodsk şəhərinin Ostrovski küçəsində yerləşən uşaq evinin yaxınlığında iki yeniyetmə arasında münaqişə baş verib. TASS xəbər verir ki, əvvəllər məhkum olunmuş səkkizinci sinif şagirdi, uşaq evinin şagirdi qısqanclıq zəminində rəqibini sinəsindən bıçaqlayıb. Zərərçəkmiş reanimasiyaya yerləşdirilib.
Yaralı əməliyyat olunub. Hazırda onun vəziyyəti stabilləşib, xəstənin həyatı üçün təhlükə yoxdur.
Hadisə əsasında RF İstintaq Komitəsinin regional istintaq idarəsi “Zərərçəkənin sağlamlığına ağır zərər vurma” maddəsi ilə cinayət işi açıb. Şübhəli saxlanılıb və artıq etiraf edib. Onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsi həll edilir.
İstintaq zamanı müstəntiqlər uşaq evinin rəhbərliyinin və müəllimlərinin hərəkətlərinə qiymət verəcəklər.


Baxış sayı: 205


Bölməyə aid digər xəbərlər