Bütün xəbərlər
Körpəsini atan 22 yaşlı ana saxlanılıb
Tarix: 17-02-2024 12:55 | Bölmə: Cəmiyyət

Novosibirsk sakininin zibil qabına atdığı uşağı öldürməyə cəhd etdiyinə görə cinayət işi açılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, fevralın 16-da günorta saatlarında Novosibirsk şəhərinin Jeleznodorojni rayonunda çoxmənzilli binalardan birinin yaxınlığındakı zibillikdə konteynerdə plastik torbaya bükülmüş yeni doğulmuş körpə tapılıb. Bu, 25 dərəcə şaxtada baş verib.
Körpə həkimlərə təhvil verilib və hazırda ona lazımi köməklik göstərilir. İlkin məlumata görə, balaca xəstənin vəziyyəti stabildir.
Körpənin tapılmasından sonra rayon istintaq orqanları “Qətl” maddəsi ilə cinayət işi açıb. RİA Novosti-nin verdiyi məlumata görə, fevralın 17-də ilkin əməliyyat-istintaq tədbirləri zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları 22 yaşlı yerli sakini saxlayıblar.
Qadın yeni doğulmuş uşağını öldürməyə cəhddə ittiham olunub. Onun barəsində qabaqlayıcı tədbirin seçilməsi məsələsi həll edilir.


Baxış sayı: 83


Bölməyə aid digər xəbərlər