Bütün xəbərlər
Bir yaşlı uşağını öldürdüyünü etiraf edib
Tarix: 05-12-2023 12:30 | Bölmə: Cəmiyyət

Bir yaşlı oğlunu öldürməkdə təqsirləndirilən şəxs günahını etiraf edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin Tula vilayəti üzrə İstintaq İdarəsindən məlumat verilib.
Tulanın Leninski rayonunda mənzildə bıçaq xəsarətləri olan 2022-ci il təvəllüdlü uşaq meyiti tapılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətdə uşağın atasından şübhələniblər, o, axtarışa verilib, lakin sonra saxlanılıb.
Həmin şəxsə qarşı azyaşlı uşağın qətlinə görə cinayət işi açılıb, o, artıq ittiham olunub. İstintaq Komitəsindən bildirilib ki, o, təqsirini tam etiraf edib.


Baxış sayı: 73


Bölməyə aid digər xəbərlər