12:59 / 13-05-2024
Ayının qurbanı olub
Bütün xəbərlər
Yerin çökməsi nəticəsində iki işçi ölüb
Tarix: 01-12-2023 10:29 | Bölmə: Cəmiyyət

İstintaq orqanları və Sverdlovsk vilayətinin prokurorluğu boru kəmərinin təmiri yerində iki nəfərin ölümünün səbəblərini araşdırır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Federasiyası İstintaq Komitəsinin regional istintaq idarəsinin məlumatına görə, cümə axşamı, noyabrın 30-da hadisə şahidləri Krasnouralsk şəhərinin Dzerjinski küçəsində boru kəmərinin təmiri zamanı fəhlələrin həlak olması barədə hüquq-mühafizə orqanlarına məlumat veriblər. İş zamanı çaladakı torpaq iki nəfərin üzərinə çöküb.
Zərərçəkənləri xilas etmək mümkün olmayıb. Onların meyitləri artıq yerdən çıxarılaraq ekspertizaya təqdim edilib.
Faciəvi hadisə əsasında ehtiyatsızlıqdan iki nəfərin ölümü ilə nəticələnən iş zamanı təhlükəsizlik qaydalarının pozulması faktı üzrə cinayət işi açılıb. İstintaqın gedişinə rayon prokurorluğu nəzarət edir. Bundan əlavə, nəzarət orqanı hadisənin baş vermə şəraiti ilə bağlı öz yoxlamasını təşkil edib.


Baxış sayı: 87


Bölməyə aid digər xəbərlər