12:59 / 13-05-2024
Ayının qurbanı olub
Bütün xəbərlər
Beşmərtəbəli binada baş verən yanğında 3 nəfər ölüb
Tarix: 01-12-2023 09:59 | Bölmə: Cəmiyyət

Cümə günü gecə Xabarovskda yaşayış binasında yanğın baş verib, bir qadın və iki kişi həlak olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, sakinlər Matveevskoe şossesində əvvəllər yataqxana olan 5 mərtəbəli binada baş verən yanğın barədə gecə saatlarında Xabarovsk təcili yardım xidmətinə məlumat veriblər. TASS-ın məlumatına görə, 3-cü mərtəbədəki hissələrdən birində əşyalar yanıb. Yanğın 30 kvadratmetr ərazini əhatə edib, tüstü qısa zamanda bütün binaya yayılıb.
Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları evdən 10 nəfəri təxliyə ediblər, daha 10 sakin isə özbaşına küçəyə çıxıb. Həkimlərin müayinəsindən sonra 67 yaşlı əlil kişinin xəstəxanaya yerləşdirilməsinə qərar verilib.
Yanğın söndürüldükdən sonra yanğının olduğu otaqda 46 yaşlı qadın və 51 və 60 yaşlı iki kişi meyitləri aşkar edilib. Onların ölüm və yanğının səbəbləri araşdırılır.

Hadisə ilə bağlı istintaqa hazırlıq tədbirləri davam etdirilir.


Baxış sayı: 75


Bölməyə aid digər xəbərlər