Bütün xəbərlər
Rostov bazarında ərzaq pavilyonları yanıb
Tarix: 25-11-2023 11:18 | Bölmə: Cəmiyyət

50-dən çox yanğınsöndürən şənbə günü səhər Rostov-na-Donun Şimal bazarında baş vermiş böyük yanğını söndürüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin regional Baş İdarəsinin məlumatına görə, noyabrın 25-də saat 05:10 radələrində Rostov-na-Donuda Şimal bazarının binasının ikinci mərtəbəsində yanğın baş verməsi barədə siqnal fövqəladə hallar xidmətinə daxil olub. 100 kvadratmetr sahədə ərzaq pavilyonları və soyuducu avadanlıqlar yanıb.
Yanğının söndürülməsinə bir saatdan bir qədər çox vaxt lazım olub. Saat 06:11-də yanğın tamamilə söndürülüb. Əməliyyata 55 yanğınsöndürən və 19 texnika cəlb olunub. İtkilər barədə məlumat verilmir. Yanğının baş vermə səbəbləri və dəymiş ziyan araşdırılır.


Baxış sayı: 82


Bölməyə aid digər xəbərlər