Bütün xəbərlər
Öz bostanında "S-300" raketinin parçalarını tapıb
Tarix: 26-09-2023 23:46 | Bölmə: Cəmiyyət

Dnestryanıda Kitskanı kənd sakini öz bostanında "S-300" zenit raketinin fraqmentlərini aşkar edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı tanınmamış dövlətin hərbçiləri də təsdiqləyib.
Sülhməramlı əməliyyatın idarə olunması üzrə Birgə Nəzarət Komissiyasının həmsədri Oleq Belyakov qeyd edib ki, raket hissələrinin istehsalı 1968-ci ildən başlayır.
Kitskani kənd sakini gecə saatlarında ağır bir əşyanın yerə düşməsinin səsini eşitdiyini bildirib. Hazırda ölənlər barədə məlumat yoxdur.
Moldova hakimiyyəti də öz növbəsində bu hadisəni şərh etmir. Bu onunla bağlıdır ki, onlarda Dnestr çayının sol sahilində nəzarət olunmayan ərazidə baş verənlər barədə etibarlı məlumat yoxdur.
Moldova ərazisində dəfələrlə Ukraynaya məxsus zenit raketlərinin fraqmentləri tapılıb.



Baxış sayı: 169


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb