Bütün xəbərlər
Bakıda 7 yaşlı uşağı öldürməyə cəhd edən şəxsə ağır cəza - 14 il
Tarix: 30-01-2019 21:31 | Bölmə: Cəmiyyət



Bakı Ağır Cinayətlər Məhkəməsində yeddi yaşlı uşağı öldürməyə cəhddə təqsirləndirilən Mövsüm Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Trend-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə M.Bağırov 14 il azadlıqdan məhrum edilib.
İttihama görə, ötən il Bakının Xəzər rayonunda 1998-ci il təvəllüdlü M.Bağırov qonşuluqda yaşayan 7 yaşlı Alı Vəliyevin başına daş çırparaq öldürməyə cəhd edib.
Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
Hadisəyə azyaşlının M.Bağırovun üzərinə pirotexniki maddə atması səbəb olub.
Polis tərəfindən saxlanan M.Bağırovun barəsində Cinayət Məcəlləsinin 29.120-ci (adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.


Baxış sayı: 751


Bölməyə aid digər xəbərlər