Bütün xəbərlər
Qadın ölümü paytaxt metrosunda qatarların gecikməsinə səbəb olub
Tarix: 11-09-2023 22:31 | Bölmə: Cəmiyyət


Bazar ertəsi axşam saatlarında Moskva metrosunun açıq yaşıl xəttində baş verən hadisənin təfərrüatları məlum olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bundan əvvəl Moskva metrosunun Lyublinsko-Dmitrovskaya xəttinin (10) cənub hissəsində sərnişinin relslərə yıxılması ilə bağlı insident barədə məlumat verilmişdi. Hadisə ilə əlaqədar qatarların hərəkət intervalları artırılıb.
TASS-ın yenilənmiş məlumatlarına görə, bir qadın metronun Rimskaya stansiyasında gələn qatarın altına düşüb. Zərərçəkmiş aldığı xəsarətlərdən dünyasını dəyişib. Hadisənin baş vermə şəraiti müəyyənləşdirilir.
Paytaxtın Nəqliyyat Departamentindən verilən məlumata görə, saat 20:10 radələrində xətt üzrə hərəkət bərpa olunub və hazırda qrafikə uyğun həyata keçirilir.


Baxış sayı: 103


Bölməyə aid digər xəbərlər