00:46 / 20-09-2024
Tayland turistlər üçün elektron səyahət təsdiqləmə sistemini işə salacaq
00:37 / 20-09-2024
IDF: İsrail "Hizbullah"ın 30-a yaxın buraxılış qurğusunu vurub
00:33 / 20-09-2024
2200 kvadratmetr sahəni əhatə edən anqar yanıb
00:28 / 20-09-2024
Venesuela məhkəməsi Argentina prezidenti Xavyer Maylinin həbsinə order verib
00:23 / 20-09-2024
Matvienko ən çox sevdiyi zarafatını həbsxanadakı qadınlar haqqında danışıb
21:12 / 19-09-2024
İlham Əliyev Ağdam şəhərində “İmarət” stadionunun təməlini qoyub
21:08 / 19-09-2024
İlham Əliyev “Aghdam City Hotel”in açılışında iştirak edib
21:03 / 19-09-2024
İlham Əliyev Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra açılışında iştirak edib
20:37 / 19-09-2024
Şəhid polis Ramil Şirinovun ildönümü keçirilib
20:11 / 19-09-2024
İlham Əliyev Ağdam Sənaye Parkında görülən işlərlə tanış olub, yeni zavodların açılışlarında iştirak edib
20:06 / 19-09-2024
İlham Əliyev Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib
19:52 / 19-09-2024
Slutski: "Avropa Parlamentinin qətnaməsi üçüncü dünya müharibəsinə gətirib çıxaracaq"
19:48 / 19-09-2024
Toyda atışma və bıçaqlanma baş verib, qonaq xəstəxanaya yerləşdirilib
19:41 / 19-09-2024
"Hizbullah" lideri: "Livan görünməmiş hücumdan sonra müharibədədir"
16:49 / 19-09-2024
Müəllim tanımadığı şəxsin hədələrindən sonra sinifdən xəstəxanaya aparılıb
16:46 / 19-09-2024
Metro keçidində yeniyetmə döyülüb
16:42 / 19-09-2024
Vəkil Yarmuş Polşanın Krımı BMT mandatı altında keçirmək fikrini yersiz adlandırıb
16:37 / 19-09-2024
Von der Leyen sentyabrın 20-də Kiyevdə Zelenski ilə Ukraynanın enerji təhlükəsizliyini müzakirə edəcək
16:34 / 19-09-2024
Çeçenistanın keçmiş baş naziri Darvinin nəzəriyyəsini məktəb proqramından çıxarmağa çağırıb
16:29 / 19-09-2024
AP Kiyevə Rusiya ərazisinə zərbə endirmək üçün icazə tələb edən qətnamə qəbul edib
16:26 / 19-09-2024
Sankt-Peterburq alimləri qızıl nanohissəciklərin xərçəngin müalicəsində effektivliyini sübut ediblər
16:19 / 19-09-2024
Putin Sankt-Peterburqda dron istehsal edən zavoda baş çəkib
09:49 / 19-09-2024
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Biləsuvar rayonunda yeni inşa edilən məktəbdə olub
09:24 / 19-09-2024
Tramp Bitcoin ilə ödəniş edən ilk ABŞ prezidenti oldu
09:19 / 19-09-2024
Primorye polisi Rixard Zorgenin abidəsini ləkələyən şəxsi axtarır
09:14 / 19-09-2024
Seul Şimali Koreyanı yeni partiya zibil balonlarında ittiham edir
09:04 / 19-09-2024
Daxili İşlər Nazirliyi: Pokrovskinin “Noqu svolo”dan mahnıları Rusiya Federasiyasının milli maraqlarına ziddir
08:59 / 19-09-2024
Məktəb tikintisi zamanı bir milyard oğurlanıb
08:55 / 19-09-2024
Bankirlərin işində 2 minə yaxın brilyant həbs edilib
08:52 / 19-09-2024
Mirançuk Atlanta üçün ilk qolu vurdu və Messinin komandası ilə heç-heçə etdi
08:46 / 19-09-2024
Rusiya səfiri Londona Britaniya diplomatlarının Moskvadan çıxarılmasının səbəblərini açıqlayıb
08:44 / 19-09-2024
İraq İslami Müqaviməti pilotsuz təyyarə ilə Hayfada hədəfə hücum edib
08:39 / 19-09-2024
Harris Vaşinqtonda Zelenski ilə görüşə bilər
20:46 / 18-09-2024
İstintaq videobloger Şaynyanın qiyabi həbsini istəyib
20:42 / 18-09-2024
Sanatoriya ərazisində açıq yanma aradan qaldırılıb
20:36 / 18-09-2024
Qadın sevgilisinin 2,5 milyonunu oğurlayaraq istirahət mərkəzinə gedib
20:31 / 18-09-2024
BMT Baş Assambleyası İsraili bir il ərzində Fələstini tərk etməyə çağırıb
20:27 / 18-09-2024
Putin və Braziliya prezidenti Ukraynanı müzakirə edib və görüş barədə razılığa gəliblər
Sumqayıtda dünyaya göz açan müəllimin ürək dağlayan həyat hekayəsi
Tarix: 29-01-2019 10:08 | Bölmə: Cəmiyyət
Afər Abdullayeva Quba rayonunun Cağacıq kənd orta məktəbində 19 ildir pedaqoji fəaliyyətlə məşğuldur. 1980-ci ildə Sumqayıt şəhərində dünyaya gəlib. Hələ uşaq ikən həyat onun üzünə gülməyib. İki yaşı tamam olmamış atasını itirən Afər müəllim öz kədərli və çətin uşaqlıq, gənclik illəri haqqında Sputnik Azərbaycan-a danışıb: "İki yaşım tamam olmamış atam suda boğuldu. Hələ də onun ölümü bizə müəmmalı qalıb. Atam dünyasını dəyişəndən sonra həyatımıza, evimizə, sanki qara buludlar çökdü”.
"Anam iki uşaqla ortalıqda qalmışdı. Bilmirdi ki, işə getsin, yoxsa bizə baxsın. Məcburiyyət üzündən ikinci dəfə ailə qurdu, o nikahdan da bir qız övladı oldu. Təəssüflər olsun ki, anamın ikinci ailə həyatı da uğurlu alınmadı. Atasızlıq bir yana, pis atalığın təhqiramiz sözlərinə, hərəkətlərinə dözməyimiz çox dəhşətli idi. Məhz bu səbəbdən anamın ikinci ailəsi dağıldı. Həmin hadisələr ən ağrılı günlərimiz olub” – deyə o bildir
Afər müəllim deyir ki, anasını çox qınayıblar, əvvəl tək olduğuna, sonra ikinci dəfə ailə qurduğuna və nəhayət, ailəsini dağıtdığına görə. Bu qınaqlar indi də Afər müəllimin həyatına, ailəsinə toxunur. Amma bilir ki, anası övladlarına görə hansı əzablara dözüb, nələr çəkib.
Bütün yaşadıqlarına baxmayaraq, onlar məktəbdə yaxşı oxuyublar: "Düzdür, şagird olanda geyimimizdə, yeməyimizdə məktəb yoldaşlarımızdan seçilirdik. Köhnə paltarla dərsə gedirdik, Amma oxumaqda, tərbiyədə onlardan üstün olmağa çalışırdıq”.
Məcburi yalan…
Həmsöhbətimiz məktəb illəri ilə bağlı xatirələrini yada salmaq istəmir. Çünki ürəkaçan heç nə olmayıb: "O vaxt metro jetonla işləyirdi. Məndə də cəmi 1 jeton olurdu, qayıtmağa jeton almağa isə pulum olmurdu. Mən də düşündüm ki, jetonu yarı bölsəm, həm gedə, həm də qayıda bilərəm. Yarımçıq jetonu atanda nəzarətçi yaxınlaşdı və mənə irad tutdu. Mənsə guya bilmədən elədiyimi dedim. Ətrafda hamı mənə baxırdı. O günü heç vaxt unutmaram. Yalan danışdığımın utancından həmin gecəni səhərəcən ağlamışdım. O gündən özümə söz verdim ki, nə olursa, olsun, bir də yalan danışmayacam, ac qalsam belə”.
Onun arzusunu gerçəkləşdirdim…
Müsahibimizin dediyinə görə, uşaq vaxtı anasına atasıyla bağlı çox suallar verirmiş. Lakin nədənsə anası cavablamaqdan qaçırmış: "Mən də elə düşünürdüm ki, atamı sevmədiyinə görə danışmaq istəmir. Böyüyəndən sonra başa düşdüm ki, danışanda özü də əzab çəkirmiş”.
"Anam bir dəfə dedi ki, "atan səni hər dəfə oxşayanda "qızım müəllimə olacaq” deyirdi”. Bu söz mənim peşə seçimimə təsir etdi. O gündən atamın arzusunu həyata keçirməyi qarşıma məqsəd qoydum və məqsədimə də çatdım. Hər dəfə uşaqlara nə isə öyrədəndə, elə bilirəm atamın ruhu şaddır. Xoşbəxtəm ki, atamın arzusunu yerdə qoymadım və belə müqəddəs peşəyə yiyələndim” – deyə, Afər müəllim köks ötürüb.
Künc-bucaqda gizli-gizli ağlamaqla keçən uşaqlıq
Heç vaxt uşaqlıq illərinə qayıtmaq istəməyən qəhrəmanımızın dediyinə görə, adamların ona yazıq uşaq kimi baxmasını hələ də unuda bilmir: "Yaş yarımlıq olanda atamı itirmişəm. Atasızlığı isə ilk dəfə bağçada hiss etmişəm. Hamı atasıyla gəlirdi, mən də onlara həsrətlə baxırdım. Onu da deyim ki, məndən heç vaxt atamın öldüyünü gizlətməyiblər. Atamı tez-tez yuxuda görürəm. Mən ev tikəndə, ailə quranda yuxuma gəldi və xeyir-dua verdi”.
""Ata necə olur?”, "atalı uşaqlar necə böyüyür?”, "qız atanı, ata da qızı necə sevməlidir!” kimi sualların cavabını ancaq kitablarda tapdığını deyən Afər müəllim düşünürmüş ki, böyüdükcə ata həsrəti bitəcək. Amma əksinə olub, böyüdükcə atasızlığın ağrısını daha çox hiss edib.
Quru çörəyə möhtac tələbəlik
Anası övladlarının ali təhsilli olmasını, vətənə, cəmiyyətə yararlı vətəndaş kimi böyüməsini istəyib. Afər xanımın və onun qardaşının ali təhsil almasına kömək edib. Onlar tələbə olanda anası qışda belə, yay geyimi ilə işə gedirmiş: "Bəzən bir neçə gün iş olmurdu. Anam qonşudan bizim məktəbə getməyimiz üçün utana-utana pul istəyirdi. Deyirdi ki, bircə siz dərsdən qalmayın. Pulumuz olmadığından heç vaxt kollektivlə gəzintiyə, teatra getmirdik. Soruşanda da deyirdik ki, gedəcək yerimiz var, və ya haramızsa ağrıyır”.
"Qardaşım səhər oxuyurdu, axşam dəri sexində işləyirdi. O, çörək alıb evə gələndə sevinirdik ki, qarnımız doyacaq. Əliboş qayıdanda, sanki üstümüzə qaranlıq çökürdü. Axı quru çörəyə həsrətlə baxırdıq. Əziyyətlə də olsa, oxuyub ali təhsilimizi başa vurduq” – deyə o qeyd edib.
Afər xanım ali məktəbi bitirəndən sonra, 2000-ci ildə təyinatla Quba rayon Cağacıq kənd ibtidai məktəbinə müəllim göndərilib. 19 ildir burada çalışır. İşə yeni başlayanda maaşını qənaətlə işlədirmiş ki, gələcəkdə ailə həyatı quranda cehiz almağa pulu olsun. Sonra o, anasının məsləhəti ilə ailə həyatı qurub. Kənd həyatı onun üçün çox çətin olsa da, öhdəsindən gəlməyi bacarıb.
"Qadın gərək güclü olsun, insanların, problemlərin qarşısında əzilməsin. Ailə quran gündən çalışdım ki, özümü doğruldum. Üç övladım dünyaya gəldi: bir oğlan, iki qız. Mən artıq onlar üçün yaşamalı idim. Ailəmi dağıtmamaq üçün bütün çətinliklərə dözmüşəm. Atasızlığın nə olduğunu görmüşdüm və övladlarıma da bunu yaşada bilməzdim. Xoşbəxtliyimi övladlarımda görürəm” – deyir Afər müəllim.
Kənd həyatına uyğunlaşma onun illərini alıb
Cağacıq kəndinin, gəlin getdiyi ailənin o qədər ağır adətləri olub ki, Afər xanım əvvəllər lap "başını itirib”. Dözə bilmədiyindən xəlvətə çəkilib ağlayırmış. Amma getdikcə bu adətlərə alışıb: "Təzə gəlin olanda ocaq qalamaq, xəmir yoğurmaq kimi işlərdən tam xəbərsiz idim. Ocaq qalayanda o qədər əlimi yandırmışam ki. Məktəbə gedəndə əllərimi uşaqlardan gizlədirdim ki, yaraları görməsinlər. Çörəyi yandıranda oturub ağlayırdım ki, qaynanam nə deyəcək?”
İndi o illər arxada qalıb. Afər müəllim ömrünü başqalarının uşaqlarının təlim-tərbiyəsinə həsr edib. Deyir ki, başqalarının uşaqlarını sevmək, onları gələcəyə yönəltmək cəsarət tələb edir: "Mən hər dəfə sinfə girəndə düşünürəm ki, dünyanın ən saf varlıqları ilə işləyirəm. Kənddə kimsə mənim qəlbimə toxunanda, acığını onun uşağından çıxmamışam, varlı-kasıb fərqi qoymamışam. Çünki uşaqlar günahsızdırlar, təmizdirlər”.
Həmsöhbətimizin fikrincə, təhsildə ibtidai sinif müəllimlərinin də üzərinə ağır yük düşür: "Bir evin möhkəm olması üçün onun təməli sağlam olmalıdır. Biz də uşaqların həyatının təməl daşlarını düzürük. Bəlkə də bir sözümüz onların gələcəyinə təkan verəcək, yaxud da tam dəyişəcək. İnanıram ki, bütün müəllimlər uşaqlara münasibətdə əllərini vicdanlarına qoyaraq hərəkət edəcəklər”.
Sputnik.az
Baxış sayı: 736
Bölməyə aid digər xəbərlər

Elə insanlar var ki, onların həyat hekayəsini dinləyəndə öz taleyinə görə Tanrıya təşəkkür edirsən. Budəfəki qəhrəmanımız da elələrindəndir. Yaşatmaq naminə yaşayan, müəllimliyi seçərək ömrünü başqalarının uşaqların həsr etmiş bu insanın çox ağrılı həyat hekayəsi var.

Dünən, 16:46
Metro keçidində yeniyetmə döyülüb
18-09-2024, 13:41
Yeddinci sinif şagirdinə bıçaqla hücum edən yükləyici saxlanılıb
18-09-2024, 00:13
İkiqat qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
17-09-2024, 19:25
Məktəbə hücum edən şagird PDN-də qeydiyyatda olmayıb
17-09-2024, 18:41
Xəstələrin ölümündən sonra üç nəfər həbs edilib
17-09-2024, 11:36
Moskvada uşaqları vuran miqrantın yaşadığı kabinədə 3 əcnəbi tapılıb
16-09-2024, 19:59
Armavirdə yeniyetmə kütləvi qətlə hazırlaşdığı üçün 3 il müddətinə azadlıqdan məhrum edilib
16-09-2024, 10:25
Göldə itkin düşən üç yaşlı qızın meyiti tapılıb
15-09-2024, 20:45
Sahibsiz it sürüsü məktəbliyə hücum edib
14-09-2024, 12:26
Xarici avtomobilin sürücüsü binaya çırpılaraq yanıb
14-09-2024, 12:11
İki həftədir ki, 12 yaşlı məktəblinin qatilini axtarırlar
13-09-2024, 19:26
Keçmiş arvadını uşağın gözü qarşısında öldürdüyünə görə Volqoqrad sakini 18 il həbs cəzası alacaq
13-09-2024, 19:14
Krımda İstintaq Komitəsi tələbə ilə müəllim arasında telefonla davanın videosunu yoxlayır
13-09-2024, 13:50
Qızın üzərinə traktordan bıçaq düşüb, onu öldürüb
13-09-2024, 10:33
Iki tələbə pəncərənin yanında çılpaq göründüyü üçün həbsxanaya düşəcək
13-09-2024, 01:22
Vəzifəli şəxsin qərarına təsir göstərmək adı ilə vətəndaşdan pul almaqda təqsirləndirilən vəkil həbs edilib
12-09-2024, 17:55
Həkimlər 14 bıçaq zərbəsi alan voronejlini xilas ediblər
11-09-2024, 12:46
Moskvada kanalizasiyada baş verən ölüm hadisələri ilə bağlı yeni müttəhimlər peyda ola bilər
11-09-2024, 12:37
İki nəfər ölüb, beş nəfər dəm qazından zəhərlənib
10-09-2024, 20:56
Mahaçqalada rinoplastika əməliyyatı zamanı tələbə ölüb
10-09-2024, 20:43
Mühafizəçi təcili yardımın gediş haqqının ödənilməsini tələb edib
10-09-2024, 20:38
Uşağı qaçırmaq cəhdi videoya düşüb
10-09-2024, 13:23
Müəssisədə kollektorun alışması nəticəsində bir nəfər ölüb
10-09-2024, 13:00
Sərxoş kişi bir qadın və üç uşağı girov götürüb
10-09-2024, 10:09
Beş qadın mövcud olmayan uşaqlar üçün ödəniş aldı
9-09-2024, 21:56
Kubanda məhkəmə kütləvi davanın 12 iştirakçısını həbs edib
9-09-2024, 21:45
Moskvada Patriarx gölündə atəş açan iki nəfər həbs edilib
9-09-2024, 11:36
Tələbə qızını bıçaqlayaraq öldürüb
8-09-2024, 17:11
Akkumulyator 9-cu mərtəbədən 6-cı sinif şagirdinin üzərinə düşüb
8-09-2024, 17:08
Çağırışçı əsgərin ölümü ilə bağlı iş xüsusi nəzarətə götürülüb
8-09-2024, 15:40
Kişi keçmiş arvadını vəhşicəsinə qətlə yetirməkdə şübhəli bilinir
8-09-2024, 12:51
Bağ evində baş verən yanğında 3 nəfər ölüb
8-09-2024, 12:30
Balıqçılar göldə bel çantasında cəsəd tapıblar
6-09-2024, 11:48
Moskvada əcnəbi üç qızı zorlamaqda şübhəli bilinib
6-09-2024, 10:55
Çantasında 6 kq narkotik vasitə gəzdirən şəxs saxlanılıb
5-09-2024, 18:46
Qızının qatilini bıçaqlamağa cəhd etdiyi üçün saxlanılıb
5-09-2024, 13:48
Ana yeni doğulmuş körpəni öldürməkdə şübhəli bilinir
5-09-2024, 13:40
Mahaçqalada qətlə yetirilən 31 yaşlı qadının meyiti tapılıb
5-09-2024, 13:31
62 yaşlı kişi uşaq istismarına görə saxlanılıb
4-09-2024, 20:39
Uşağı zorlamaqda və öldürməkdə ittiham olunub
3-09-2024, 20:04
İtkin düşən 12 yaşlı qız sağ-salamat tapılıb
3-09-2024, 09:06
Balta və oyuncaq avtomatla polisə hücum ediblər
2-09-2024, 22:16
Toy avtobusuna hücum edən 3 nəfər həbs edilib
2-09-2024, 14:12
Taksi sürücüsünü döyməkdə şübhəli bilinən şəxs saxlanılıb