Bütün xəbərlər
150 min manat dələduzluqda təqsirləndirilən vəkilin məhkəməsi başladı
Tarix: 28-01-2019 22:34 | Bölmə: Cəmiyyət



Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məmmədvəli Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Trend-in məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili cinayət işinin materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.
Proses fevralın 1-dək təxirə salınıb.
İttiham aktına əsasən, Vəkillər Kollegiyasının üzvü olan M.Cəfərov zərərçəkmiş Rəşad Yusifovun həbsdə olan atası Rəhman Yusifovu Ali Məhkəmədən azadlığa buraxdıracağını vəd verib və ondan 150 min manat alıb. Lakin sonradan M.Cəfərov verdiyi vədə əməl etməyib.
Zərərçəkmişin hüquq-mühafizə orqanlarına şikayəti əsasında saxlanılan M.Cəfərov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib.
Qeyd edək ki, M.Cəfərov hazırda Bakı şəhəri 13 saylı Vəkil Bürosunda fəaliyyət göstərir. Həmçinin o, 1992-ci ildə Baş prokurorun müavini vəzifəsində çalışıb.


Baxış sayı: 526


Bölməyə aid digər xəbərlər