23:33 / 20-10-2026
Rusiyalı karate hakimi Polşa polisi tərəfindən saxlanılıb
17:55 / 20-10-2026
Vaşinqtonda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı olub
17:46 / 20-10-2026
Rusiya Xarici İşlər Nazirliyi: ABŞ-ın Raul Kastro üçün həbs orderinin verilməsi qəti şəkildə pislənilir
17:39 / 20-10-2026
Ekspert Parisdəki etirazçıların Ukraynadan silah aldığına əmindir
17:37 / 20-10-2026
Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin keçmiş rəhbəri rüşvətxorluğa görə həbs edilib
17:34 / 20-10-2026
Fransanın böhranın öhdəsindən gəlmək üçün Səudiyyə Ərəbistanından kifayət qədər dizel yanacağı olmayacaq
17:28 / 20-10-2026
İran Hava Hücumundan Müdafiə Qüvvələri Hörmüz boğazı üzərində Amerika "MQ-9" PUA-sını məhv etdi
17:23 / 20-10-2026
Təhlükəsizlik Şurası bildirib ki, Rusiya ərazi müdafiəsi məsələsində Omana kömək etməyə hazırdır
17:17 / 20-10-2026
Rubio Trampın Putin və Si Cinpinlə niyə görüşməli olduğunu izah etdi
17:13 / 20-10-2026
Asiya üzrə ekspert Kim Çen In haqqında şayiələri kimin və niyə yaydığını izah edib
13:08 / 20-10-2026
“Qardaşım bu günümü görsəydi, mənimlə fəxr edərdi” - Video
12:25 / 20-10-2026
Cənubi Koreya Ukraynadakı bəzi diplomatlarını geri çağırıb
12:22 / 20-10-2026
Qətər Xarici İşlər Nazirliyi bildirib ki, dünya üçüncü dünya müharibəsi ilə üzləşə bilər
12:18 / 20-10-2026
Tələbə cinayətkarların əmri ilə avtomobili yandırıb və saxlanılıb
12:15 / 20-10-2026
Kaşpirovskinin oğluna qarşı 340.000 dollarlıq Kaliforniya evi üçün məhkəmə iddiası qaldırılır
12:12 / 20-10-2026
Finlandiya Prezidenti Aleksandr Stubb Osloda Zelenski ilə görüşəcək
12:09 / 20-10-2026
Knaysl Fransadakı etirazların səbəbini yerli əhalinin çarəsizliyindən görüb
12:03 / 20-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Cənubi Koreyanın münasibətlərin normallaşdırılması ilə bağlı açıqlamalarını qeydə alır
12:00 / 20-10-2026
Medvedev ABŞ Konqres seçkiləri öncəsi Trampın cəsarətini təriflədi
11:57 / 20-10-2026
"Lokomotiv"in keçmiş futbolçusu Qarin 60 yaşında vəfat edib
11:54 / 20-10-2026
Rele şkafını yandırmaqda ittiham olunan üç yeniyetmə saxlanılıb
11:51 / 20-10-2026
Medvedev Rusiya və ABŞ-ı sistem düşmənləri adlandırdı
11:47 / 20-10-2026
Medvedev ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ilə bağlı şərhində Nitsşedən sitat gətirdi
19:21 / 19-10-2026
Pornoqrafiya yaymaqda şübhəli bilinərək saxlanılıb
19:12 / 19-10-2026
Sürücü yol hərəkəti kamerasına ədəbsiz jest etdiyinə görə üç gün müddətinə həbs edilib
19:07 / 19-10-2026
Lavrov Fars körfəzində gərginliyin azaldılması məsələsini Əraqçi ilə müzakirə etmək üçün İrana gəlib
19:03 / 19-10-2026
NATO Rusiya ordusunu təhlükəli və bacarıqlı elan etdi
18:59 / 19-10-2026
Fransadakı etirazlardan dəyən ziyan 1,5 milyard avronu keçib
18:56 / 19-10-2026
II Yekaterinanın abidəsində durğu işarələri səhvi aşkar ediblər
18:52 / 19-10-2026
Ankara Moskva və Kiyevin Qara dənizdə hərbi əməliyyatları dayandırmasını təklif etdi
18:49 / 19-10-2026
Politoloq Makronun taleyini proqnozlaşdırıb
18:46 / 19-10-2026
Soyuducuda tapılan qızın məzarında xaç peyda olub
18:41 / 19-10-2026
Ayı hücumunda yaralanan oğlan neyrocərrahiyyə şöbəsinə köçürülüb
18:38 / 19-10-2026
Yatan arvadını diri-diri yandırmağa cəhddə təqsirli bilinib
18:36 / 19-10-2026
"Le Figaro": ABŞ Ukraynanın təslim olmasını istəyir
18:33 / 19-10-2026
Rubio xəbər verir ki, ABŞ şirkətləri Ukrayna Silahlı Qüvvələrinin Qara dənizdəki hücumlarından şikayətlənirlər
18:30 / 19-10-2026
Tuvada ayılar səbəbindən ikinci növbə dərsləri 30 dəqiqəyə endirilib
Azərbaycan tarixinin daha bir səhifəsi: Şamilqalanı kim tikdi, kimə qaldı? (FOTO)
Tarix: 28-01-2019 00:12 | Bölmə: Cəmiyyət

Azərbaycanda memarlıq üslubuna görə fərqlənən qalalardan biri də Şamilqaladır.Sabaha-inamla.az bu tarixi məqaləni Trend.az-a istinadən təqdim edir.
Şamilqala Qax rayonunun tarixi abidələrlə zəngin olan məşhur İlisu kəndində, Yazlıq dağının üstündə inşa edilib.
Yerli çay daşlarından və əhəngdən istifadə edilməklə tikilən qala iki yarusdan ibarət olub, üstü dəmir örtüklə bağlanıb. Lakin indi nə döşəmə, tavan, nə də dam örtüyü qalıb. Hərbi istehkamda iki növ mazğal var – top (birinci mərtəbədə) və tüfənglərdən (ikinci mərtəbədə) atəş açmaq üçün. Dairəvi formada olan qalanın hündürlüyü təqribən 10 metr, diametri 7.4 - 9.2 m-dir, divarlarının qalınlığı isə 1 m-ə yaxındır.
Qala strateji baxımdan çox əlverişli yerdə tikilib: buradan çox geniş əraziləri, o cümlədən İlisuya gələn bütün yolları, Dağıstan istiqamətini, Sarıbaş kəndinə və indi rayon mərkəzinə gedən yolları rahat müşahidə etmək, nəzarətdə saxlamaq mümkündür. Mənzərəyə isə söz ola bilməz.
Qalanın tikilmə tarixi XIX əsrin ortalarına təsadüf edir. Şamilqalanın rus qoşunları tərəfindən inşa olunduğu bildirilir. Məqsəd dağlıların milli azadlıq hərəkatına qarşı hərbi əməliyyatlar çərçivəsində ətrafı geniş müşahidə etmək, həmçinin onların Dağıstan tərəfdən hücumlarından qorunmaq idi. Buna görə qalaya həm də gözətçi qalası deyirlər.

Lakin bəzi rus mənbələrində qalanın İlisu sultanı II Əhmədxan tərəfindən 1800-cü illərin əvvəllərində tikildiyi qeyd olunur.
1803-cü ildə əmisi Xanbaba bəyi devirərək 1830-cu ilədək İlisu sultanı olan II Əhmədxan Car-Balakən camaatlığından asılılığa son qoymaq üçün çar Rusiyasının vassallığını qəbul etmək istəyir. Bu məqsədlə sultanlığın ərazisinə qoşun yeritmək istəyən general Sisianovla sülh müqaviləsi bağlayır. İlisuda "rus qalası" adlandırılan 3 qala (Şamilqala, Qalaməhəllədəki qala və Qaxbaşdakı Həsənxan qalası) da məhz II Əhmədxan tərəfindən rus qoşunları üçün hərbi istehkam kimi ucaldılır. Söz yox ki, qalalar, xüsusən də Şamilqala inşa olunarkən o dövrün rus hərbi mühəndislərinin təcrübəsi əsas götürülüb. Elə qalaların tikintisində də yüzlərlə rus əsgəri iştirak edib.
Qeyd edək ki, çar qoşunlarının tərkibində hərbi yürüşlərdə İlisu süvarilərinə başçılıq edən, qvardiya polkovniki rütbəsinə yüksələn II Əhmədxandan fərqli olaraq oğlu, sonuncu İlisu hakimi Danyal sultan (şəkildə) Şeyx Şamilin rəhbərlik etdiyi azadlıq hərəkatına qoşulub. Düzdür, ilk illərdə atasının siyasətini davam etdirərək çar Rusiyasına xidmət edən Danyal sultan 3-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni ilə təltif edilmiş, general-mayor rütbəsinə yüksəlmişdi. Lakin Car üsyanı yatırılandan, Car-Balakən camaatlığının daxili muxtariyyəti məhdudlaşdırılandan sonra növbə İlisu sultanlığına da çatır. Danyal sultan isə bu şərtlərlə razılaşmır, daha sonra Qafqaz canişininin Şeyx Şamilə qarşı hərbi yürüşdə iştirak etmək tələbini rədd edir və Şamilin tərəfinə keçir, dağlıların milli azadlıq hərəkatı tənəzzülə uğrayana qədər çar Rusiyasına qarşı mübarizə aparır.
Maraqlıdır ki, bu qala sonradan Şeyx Şamilin də başçılıq etdiyi dağlıların qoşunlarına qarşı hərbi baza kimi tikilərək istifadə olunsa da, istehkamın əsasən Şamilqala adlandırılması, görünür, yerlilərin Şeyxə rəğbətindən irəli gəlirdi.

Azərbaycan tarixinin belə maraqlı, təlatümlü dövrünə şahid olmuş Şamilqalanın indiki acınacaqlı vəziyyətinə şahid olmaq isə daha ağırdır. Müşahidə məntəqəsinin ikinci mərtəbəsi, üst hissəsi dağılıb. Yalnız divarları qalan qalanın üstünə çıxmaq isə məsləhət deyil, çünki demək olar ki, ayağını qoyduğun hər daş parçası laxlayır, tökülür.
Aidiyyəti dövlət qurumlarının abidənin acınacaqlı vəziyyətini nəzərə alaraq burada bərpa-bərkitmə işlərinə başlayacaqlarına ümid edirik.
Trend.Az





















Baxış sayı: 1 001
Bölməyə aid digər xəbərlər
Tarix: 28-01-2019 00:12 | Bölmə: Cəmiyyət

Azərbaycanda memarlıq üslubuna görə fərqlənən qalalardan biri də Şamilqaladır.Sabaha-inamla.az bu tarixi məqaləni Trend.az-a istinadən təqdim edir.
Şamilqala Qax rayonunun tarixi abidələrlə zəngin olan məşhur İlisu kəndində, Yazlıq dağının üstündə inşa edilib.
Yerli çay daşlarından və əhəngdən istifadə edilməklə tikilən qala iki yarusdan ibarət olub, üstü dəmir örtüklə bağlanıb. Lakin indi nə döşəmə, tavan, nə də dam örtüyü qalıb. Hərbi istehkamda iki növ mazğal var – top (birinci mərtəbədə) və tüfənglərdən (ikinci mərtəbədə) atəş açmaq üçün. Dairəvi formada olan qalanın hündürlüyü təqribən 10 metr, diametri 7.4 - 9.2 m-dir, divarlarının qalınlığı isə 1 m-ə yaxındır.
Qala strateji baxımdan çox əlverişli yerdə tikilib: buradan çox geniş əraziləri, o cümlədən İlisuya gələn bütün yolları, Dağıstan istiqamətini, Sarıbaş kəndinə və indi rayon mərkəzinə gedən yolları rahat müşahidə etmək, nəzarətdə saxlamaq mümkündür. Mənzərəyə isə söz ola bilməz.
Qalanın tikilmə tarixi XIX əsrin ortalarına təsadüf edir. Şamilqalanın rus qoşunları tərəfindən inşa olunduğu bildirilir. Məqsəd dağlıların milli azadlıq hərəkatına qarşı hərbi əməliyyatlar çərçivəsində ətrafı geniş müşahidə etmək, həmçinin onların Dağıstan tərəfdən hücumlarından qorunmaq idi. Buna görə qalaya həm də gözətçi qalası deyirlər.

Lakin bəzi rus mənbələrində qalanın İlisu sultanı II Əhmədxan tərəfindən 1800-cü illərin əvvəllərində tikildiyi qeyd olunur.
1803-cü ildə əmisi Xanbaba bəyi devirərək 1830-cu ilədək İlisu sultanı olan II Əhmədxan Car-Balakən camaatlığından asılılığa son qoymaq üçün çar Rusiyasının vassallığını qəbul etmək istəyir. Bu məqsədlə sultanlığın ərazisinə qoşun yeritmək istəyən general Sisianovla sülh müqaviləsi bağlayır. İlisuda "rus qalası" adlandırılan 3 qala (Şamilqala, Qalaməhəllədəki qala və Qaxbaşdakı Həsənxan qalası) da məhz II Əhmədxan tərəfindən rus qoşunları üçün hərbi istehkam kimi ucaldılır. Söz yox ki, qalalar, xüsusən də Şamilqala inşa olunarkən o dövrün rus hərbi mühəndislərinin təcrübəsi əsas götürülüb. Elə qalaların tikintisində də yüzlərlə rus əsgəri iştirak edib.
Qeyd edək ki, çar qoşunlarının tərkibində hərbi yürüşlərdə İlisu süvarilərinə başçılıq edən, qvardiya polkovniki rütbəsinə yüksələn II Əhmədxandan fərqli olaraq oğlu, sonuncu İlisu hakimi Danyal sultan (şəkildə) Şeyx Şamilin rəhbərlik etdiyi azadlıq hərəkatına qoşulub. Düzdür, ilk illərdə atasının siyasətini davam etdirərək çar Rusiyasına xidmət edən Danyal sultan 3-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni ilə təltif edilmiş, general-mayor rütbəsinə yüksəlmişdi. Lakin Car üsyanı yatırılandan, Car-Balakən camaatlığının daxili muxtariyyəti məhdudlaşdırılandan sonra növbə İlisu sultanlığına da çatır. Danyal sultan isə bu şərtlərlə razılaşmır, daha sonra Qafqaz canişininin Şeyx Şamilə qarşı hərbi yürüşdə iştirak etmək tələbini rədd edir və Şamilin tərəfinə keçir, dağlıların milli azadlıq hərəkatı tənəzzülə uğrayana qədər çar Rusiyasına qarşı mübarizə aparır.Maraqlıdır ki, bu qala sonradan Şeyx Şamilin də başçılıq etdiyi dağlıların qoşunlarına qarşı hərbi baza kimi tikilərək istifadə olunsa da, istehkamın əsasən Şamilqala adlandırılması, görünür, yerlilərin Şeyxə rəğbətindən irəli gəlirdi.

Azərbaycan tarixinin belə maraqlı, təlatümlü dövrünə şahid olmuş Şamilqalanın indiki acınacaqlı vəziyyətinə şahid olmaq isə daha ağırdır. Müşahidə məntəqəsinin ikinci mərtəbəsi, üst hissəsi dağılıb. Yalnız divarları qalan qalanın üstünə çıxmaq isə məsləhət deyil, çünki demək olar ki, ayağını qoyduğun hər daş parçası laxlayır, tökülür.
Aidiyyəti dövlət qurumlarının abidənin acınacaqlı vəziyyətini nəzərə alaraq burada bərpa-bərkitmə işlərinə başlayacaqlarına ümid edirik.
Trend.Az





















Baxış sayı: 1 001
Bölməyə aid digər xəbərlər
19-10-2026, 19:21
Pornoqrafiya yaymaqda şübhəli bilinərək saxlanılıb
19-10-2026, 18:46
Soyuducuda tapılan qızın məzarında xaç peyda olub
19-10-2026, 18:38
Yatan arvadını diri-diri yandırmağa cəhddə təqsirli bilinib
19-10-2026, 18:02
Tibb bacısının qətli işində təqsirləndirilən şəxs cinayəti etiraf edib
19-10-2026, 17:54
Bir kişinin qətlində şübhəli bilinən həbs edilib
18-10-2026, 21:35
Gözlənilməz qonaqlar bir kişini boğaraq 40.000 rubl oğurlayıblar
18-10-2026, 19:03
Bağça direktoru qurğuşunlu laminatlı keklərə görə ömürlük həbs cəzasına məhkum edildi
18-10-2026, 19:00
Məktəbli qıza təcavüz etməkdə təqsirli biliniblər
18-10-2026, 18:41
Manyakın əl yazısını saxtalaşdırıb və 20 il azadlıqda yaşayıb
15-10-2026, 19:54
Tanışını öldürməkdə ittiham olunub
15-10-2026, 19:23
İnsan qalıqları olan torbalar tapılıb
15-10-2026, 19:17
Polis məmurunu təhdid etməkdə və bir qadını vurmaqda təqsirli bilinib
14-10-2026, 21:49
Məktəblilərə hücum etdiklərinə görə yeniyetmə miqrantlar saxlanılıb
14-10-2026, 21:43
Fotoqraf həbs edilib
14-10-2026, 20:59
Qətldə şübhəli bilinən şəxs saxlanılıb
13-10-2026, 20:43
Həyətindəki partlayıcı qurğunun üzərinə ayaq basdıqdan sonra öldü
13-10-2026, 20:22
Polis məmuruna atəş açıb
12-10-2026, 22:15
Yaşlı bir qadının qətli 27 ildən sonra açılıb
12-10-2026, 22:10
Yeniyetmə qıza hücum edən təcavüzkar saxlanılıb
12-10-2026, 21:31
Bir tələbə Ukrayna Silahlı Qüvvələrinin hərbçilərini daşıyan avtobusu partlatmağa cəhd edib
11-10-2026, 18:59
Uşaqlarını boğmaqla hədələyən aqressiv qadın saxlanılıb
11-10-2026, 18:45
11 nəfər ölüb, 27 nəfər yaralanıb
11-10-2026, 18:19
Tramvaylardan əşyalar oğurladıqlarına görə etnik mütəşəkkil cinayətkar qrupun on bir üzvü həbs edilib
8-10-2026, 23:13
Xəstəxanada direktor müavinini bıçaqlayan sürücü imiş - Rəsmi
8-10-2026, 23:06
Elvin Mahmudzadə yenə həbs edildi
8-10-2026, 19:41
Ayının yeniyetməyə hücum etməsindən sonra iş açılıb
8-10-2026, 19:33
20-ci mərtəbədəki mənzilindən dörd pişiyi atdı
8-10-2026, 19:20
Bir kişi polis əməkdaşlarına iki qoyunla rüşvət verməyə cəhd etdiyinə görə mühakimə olunur
7-10-2026, 20:17
Qonşusunu öldürməkdə ittiham olunaraq həbs edilib
7-10-2026, 20:13
29 il əvvəl törədilmiş qətlə görə yeni cəza alıb
6-10-2026, 18:52
Yeniyetmə babasını ölümcül şəkildə döyməkdə ittiham olunur
6-10-2026, 18:43
Köməkçi tikilidə bir kişini yandırmağa cəhd edib
5-10-2026, 15:16
Qətlə yetirilən qadının bədən hissələri ətçəkən maşından keçirilib
4-10-2026, 20:08
Qadın və qızının qətlində şübhəli çoxmilyon dollarlıq borclu idi
4-10-2026, 20:02
Keçmiş həyat yoldaşının qızını qaçıraraq Yəmənə aparıb
4-10-2026, 18:55
Övladlığa götürdüyü anasını və uşağını öldürən kişi onları ən azı 90 dəfə bıçaqlayıb
4-10-2026, 18:35
Polis məmuru ona kürəklə hücum edən sürücünü ayağından vurub
1-10-2026, 18:48
Bir kişi dörd nəfəri yaralayıb və polis tərəfindən saxlanılıb
1-10-2026, 17:03
Bir uşaq 23-cü mərtəbənin pəncərəsindən yıxılıb və sağ qalmayıb.
1-10-2026, 16:58
Şirkətin ortaq sahibinə qarşı sui-qəsd cəhdi edilib
30-09-2026, 20:42
Lisey şagirdi 25 il müddətinə azadlıqdan məhrum edilib













