23:33 / 20-10-2026
Rusiyalı karate hakimi Polşa polisi tərəfindən saxlanılıb
17:55 / 20-10-2026
Vaşinqtonda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı olub
17:46 / 20-10-2026
Rusiya Xarici İşlər Nazirliyi: ABŞ-ın Raul Kastro üçün həbs orderinin verilməsi qəti şəkildə pislənilir
17:39 / 20-10-2026
Ekspert Parisdəki etirazçıların Ukraynadan silah aldığına əmindir
17:37 / 20-10-2026
Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin keçmiş rəhbəri rüşvətxorluğa görə həbs edilib
17:34 / 20-10-2026
Fransanın böhranın öhdəsindən gəlmək üçün Səudiyyə Ərəbistanından kifayət qədər dizel yanacağı olmayacaq
17:28 / 20-10-2026
İran Hava Hücumundan Müdafiə Qüvvələri Hörmüz boğazı üzərində Amerika "MQ-9" PUA-sını məhv etdi
17:23 / 20-10-2026
Təhlükəsizlik Şurası bildirib ki, Rusiya ərazi müdafiəsi məsələsində Omana kömək etməyə hazırdır
17:17 / 20-10-2026
Rubio Trampın Putin və Si Cinpinlə niyə görüşməli olduğunu izah etdi
17:13 / 20-10-2026
Asiya üzrə ekspert Kim Çen In haqqında şayiələri kimin və niyə yaydığını izah edib
13:08 / 20-10-2026
“Qardaşım bu günümü görsəydi, mənimlə fəxr edərdi” - Video
12:25 / 20-10-2026
Cənubi Koreya Ukraynadakı bəzi diplomatlarını geri çağırıb
12:22 / 20-10-2026
Qətər Xarici İşlər Nazirliyi bildirib ki, dünya üçüncü dünya müharibəsi ilə üzləşə bilər
12:18 / 20-10-2026
Tələbə cinayətkarların əmri ilə avtomobili yandırıb və saxlanılıb
12:15 / 20-10-2026
Kaşpirovskinin oğluna qarşı 340.000 dollarlıq Kaliforniya evi üçün məhkəmə iddiası qaldırılır
12:12 / 20-10-2026
Finlandiya Prezidenti Aleksandr Stubb Osloda Zelenski ilə görüşəcək
12:09 / 20-10-2026
Knaysl Fransadakı etirazların səbəbini yerli əhalinin çarəsizliyindən görüb
12:03 / 20-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Cənubi Koreyanın münasibətlərin normallaşdırılması ilə bağlı açıqlamalarını qeydə alır
12:00 / 20-10-2026
Medvedev ABŞ Konqres seçkiləri öncəsi Trampın cəsarətini təriflədi
11:57 / 20-10-2026
"Lokomotiv"in keçmiş futbolçusu Qarin 60 yaşında vəfat edib
11:54 / 20-10-2026
Rele şkafını yandırmaqda ittiham olunan üç yeniyetmə saxlanılıb
11:51 / 20-10-2026
Medvedev Rusiya və ABŞ-ı sistem düşmənləri adlandırdı
11:47 / 20-10-2026
Medvedev ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ilə bağlı şərhində Nitsşedən sitat gətirdi
19:21 / 19-10-2026
Pornoqrafiya yaymaqda şübhəli bilinərək saxlanılıb
19:12 / 19-10-2026
Sürücü yol hərəkəti kamerasına ədəbsiz jest etdiyinə görə üç gün müddətinə həbs edilib
19:07 / 19-10-2026
Lavrov Fars körfəzində gərginliyin azaldılması məsələsini Əraqçi ilə müzakirə etmək üçün İrana gəlib
19:03 / 19-10-2026
NATO Rusiya ordusunu təhlükəli və bacarıqlı elan etdi
18:59 / 19-10-2026
Fransadakı etirazlardan dəyən ziyan 1,5 milyard avronu keçib
18:56 / 19-10-2026
II Yekaterinanın abidəsində durğu işarələri səhvi aşkar ediblər
18:52 / 19-10-2026
Ankara Moskva və Kiyevin Qara dənizdə hərbi əməliyyatları dayandırmasını təklif etdi
18:49 / 19-10-2026
Politoloq Makronun taleyini proqnozlaşdırıb
18:46 / 19-10-2026
Soyuducuda tapılan qızın məzarında xaç peyda olub
18:41 / 19-10-2026
Ayı hücumunda yaralanan oğlan neyrocərrahiyyə şöbəsinə köçürülüb
18:38 / 19-10-2026
Yatan arvadını diri-diri yandırmağa cəhddə təqsirli bilinib
18:36 / 19-10-2026
"Le Figaro": ABŞ Ukraynanın təslim olmasını istəyir
18:33 / 19-10-2026
Rubio xəbər verir ki, ABŞ şirkətləri Ukrayna Silahlı Qüvvələrinin Qara dənizdəki hücumlarından şikayətlənirlər
18:30 / 19-10-2026
Tuvada ayılar səbəbindən ikinci növbə dərsləri 30 dəqiqəyə endirilib
"Qorxunu qorxu ilə çıxardarlar…" – Ağasəlim Çildağın ocağından reportaj - Fotolar
Tarix: 27-01-2019 01:10 | Bölmə: Cəmiyyət
Oranı hər kəs “Ağasəlimin çıldağı” adıyla tanıyır. Bu isə hamının tanıdığı meyxanaçı Ağasəlim Çildağın adı ilə bağlıdır. Maştağa qəsəbəsinin girişində kimdən soruşsanız, bu tanınmış ocağa gedən yolu sona qədər izah edə bilər. Qəsəbənin hər küçəsində “çildağ” yazılan ünvanlar olsa da, ən etibarlı, sınanmış ocaq “Ağasəlimin çildağı” hesab olunur.
Həftəiçi olduğundan adam az gözə dəyirdi. Burada qadınlarla kişilər isə ayrı otaqlarda müalicə edilir. Xanımları çildağ edən də məhz bu nəsildən olan və bu işi bacaran bir qadındır.
Tanınmış çildağçılardan olan Kərbəlayi Zülfüqar bizi qarşılayıb, bu ocağın tarixi, çildağın faydaları, tətbiqi və sairlə bağlı məlumat verdi.
Kərbəlayinin sözlərinə görə, bu ocaq 200 ilə yaxındır ki, fəaliyyət göstərir: “Bu bizə babalarımızdan miras qalıb. Ağasəlim Çildağ da bizim nəsildəndir, mən onun qardaşının nəvəsiyəm. Maştağada çildağ yerləri çoxdur. Ancaq onların əksəriyyəti adi insanlardır, bura isə əsl ocaqdır. İnsanlar bu ocağa şəfa tapmaq üçün gəlirlər”.
Həmsöhbətim deyir ki, çildağın əsas mahiyyəti insanların canından qorxunu çıxartmaqdır: “Qorxu insanın ruhu ilə bağlı bir durumdur, onun kimyəvi dərmanlarla müalicəsi yoxdur. Qorxu insanın ruhunda, canında olur. Atalarımız demişkən, qorxunu qorxu ilə çıxararlar… Çildağ olunmaqla insanlar qorxudan, müxəlif fobiyalardan, diskinməkdən və bir çox xəstəliklərdən xilas olurlar. Bəzən həkimlər belə sağaltmaqda aciz qaldıqları xəstəyə çildağ məsləhət görürlər. Hətta tanınmış həkimlər var ki, özləri də çildağ olunmaq üçün bizim ocağa gəlirlər. Bir çox xəstəliklər çildağla sağala bilər. Bu hər bir xəstəliyi olana tətbiq edilə bilər. Elə adamlar gəlir ki, 10 gündür qızdırması düşmür. Bir dəfə çildağ olunduqdan sonra sağalır”.
Kərbəlayi Zülfüqarın sözlərinə görə, yandırılmış xüsusi kətan parçayla qorxu ilə gələn insanların baş, qol, dirsək, ayaqlar və topuqdakı sinir uclarına vurmaq lazımdır. Əks halda qorxunu aradan götürmək mümkün deyil: “Biz bunların üsullarını ağsaqqalarımızdan, ağbirçəklərimizdən öyrənmişik. Bu məlumatlar illərdir, nəsildən-nəsilə ötürülüb. Elə xəstələr də var ki, onların bədəninə yanıq izi vurmaq olmaz. Məsələn, şəkər xəstəliyi ilə gələnlər fərqli çildağ edilir. Onları yandırmaq olmaz. Bu işlərin dərinlikləri var ki, onu yalnız biz bilirik. Özümüz qəsdən bu məlumatları heç kəslə bölüşmürük ki, hər yerindən duran çildağla məşğul olmasın”.
Müsahibim deyir ki, çildağa inanmayıb məcburi gələnlər belə sonradan başqa qohumlarını da gətirirlər: “Çildağ deyəndə bəzi insanlarda inamsızlıq hiss olunur. Biz də bir çox hallarda çildağa inanmayanlarla qarşılaşırıq ki, hansısa qohumu onu qorxuluğunu götürmək üçün məcbur gətirib. Çildağ olan zaman üzündə kinayə görürük. Ancaq 3 dəfə gələndən sonra faydasını görür. Həmin şəxs sonradan başqa yaxın adamlarını gətirir”.
Bu ocağın digər bir nümayəndəsi, çildağçı Şıxəli Kərimov isə deyir ki, onların ocağına təkcə paytaxtdan yox, Azərbaycanın hər bölgəsindən gələnlər olur: “Hətta qonşu ölkələrdən Türkiyə, İran, Rusiyadan belə bu ocağa gəlirlər. Bu yaxınlarda Almaniyadan jurnalistlər gəlib çildağ haqqında veriliş çəkdilər”.
Şıxəlinin sözlərinə görə, burada həftənin üçüncü və altıncı günləri adam əlindən tərpənmək olmur. İnsanlarda belə bir inam var ki, çildağ məhz bu günlərdə edilsə, daha təsirli olar. Odur ki, digər günlərdə çox az adam olur. Həmsöhbətim bu inancın ciddi bir əsasının olmadığını deyir:” Sovet hökuməti dövründə çildağ məsələsində müəyyən məhdudiyyət qoyulurdu. Yalnız həftədə iki gün çərşənbə və şənbə günləri bizim ocağın açıq olmasına icazə verirmişlər. Elə o vaxtdan insanlar arasında belə bir vərdiş yaranıb və sonradan inanca çevrilib ki, çildağ məhz bu günlərdə təsirli olur”.
Ş.Kərimov onu da vurğuladı ki, çildağı hər adama etdirmək olmaz, bu işi bilməyənlər insanların sağlamlığına ciddi ziyan vura bilərlər: “Həkimlər bizdən çildağın necə etdiyimizi soruşublar. Hansı nöqtələrə vurduğumuzu öyrənib, özləri də etmək istəyiblər. Lakin bunu qısa zamanda öyrənib, kiməsə tətbiq etmək olmaz. İnsan bədənində elə sinir ucları var ki, onlara toxunan zaman fəsadlar yarana bilər. Belə hallar çox olub. Naşı çildağçıların yanına gedənlər arasında ziyan görənlər olub. Bəziləri bizim yanımıza gəlib çildağın sirlərini öyrənməyə çalışıblar, sonra öz evlərində çildağ etməyə başlayıblar. Bir nəfər bu cür naşılara çildağ etdirmişdi, boynu qurumuşdu. Sonra gəldi və biz onu müalicə etdik”.
Onu da qeyd edək ki, bu ocağa gələnlərdən xidmət müqabilində heç bir konkret məbləğ tələb olunmur, kimin qəlbindən nə keçirsə, onu da verir: “Çildağa gələnlərdən konkret pul istənilmir. Kim nə verirsə, ona da qane oluruq.Bura pul qazanmaq yeri deyil. İnsanlar bu ocağa inanırlar, şəfa tapırlar və bu bizim üçün ən böyük qazancdır. Ağasəlim babamızın ocağını demək olar ki, hamı tanıyır. Heç bir dövlət qurumu da fəaliyyətimizə məhdudiyyət qoymur”.(musavat)

Baxış sayı: 1 853
Bölməyə aid digər xəbərlər

19-10-2026, 19:21
Pornoqrafiya yaymaqda şübhəli bilinərək saxlanılıb
19-10-2026, 18:46
Soyuducuda tapılan qızın məzarında xaç peyda olub
19-10-2026, 18:38
Yatan arvadını diri-diri yandırmağa cəhddə təqsirli bilinib
19-10-2026, 18:02
Tibb bacısının qətli işində təqsirləndirilən şəxs cinayəti etiraf edib
19-10-2026, 17:54
Bir kişinin qətlində şübhəli bilinən həbs edilib
18-10-2026, 21:35
Gözlənilməz qonaqlar bir kişini boğaraq 40.000 rubl oğurlayıblar
18-10-2026, 19:03
Bağça direktoru qurğuşunlu laminatlı keklərə görə ömürlük həbs cəzasına məhkum edildi
18-10-2026, 19:00
Məktəbli qıza təcavüz etməkdə təqsirli biliniblər
18-10-2026, 18:41
Manyakın əl yazısını saxtalaşdırıb və 20 il azadlıqda yaşayıb
15-10-2026, 19:54
Tanışını öldürməkdə ittiham olunub
15-10-2026, 19:23
İnsan qalıqları olan torbalar tapılıb
15-10-2026, 19:17
Polis məmurunu təhdid etməkdə və bir qadını vurmaqda təqsirli bilinib
14-10-2026, 21:49
Məktəblilərə hücum etdiklərinə görə yeniyetmə miqrantlar saxlanılıb
14-10-2026, 21:43
Fotoqraf həbs edilib
14-10-2026, 20:59
Qətldə şübhəli bilinən şəxs saxlanılıb
13-10-2026, 20:43
Həyətindəki partlayıcı qurğunun üzərinə ayaq basdıqdan sonra öldü
13-10-2026, 20:22
Polis məmuruna atəş açıb
12-10-2026, 22:15
Yaşlı bir qadının qətli 27 ildən sonra açılıb
12-10-2026, 22:10
Yeniyetmə qıza hücum edən təcavüzkar saxlanılıb
12-10-2026, 21:31
Bir tələbə Ukrayna Silahlı Qüvvələrinin hərbçilərini daşıyan avtobusu partlatmağa cəhd edib
11-10-2026, 18:59
Uşaqlarını boğmaqla hədələyən aqressiv qadın saxlanılıb
11-10-2026, 18:45
11 nəfər ölüb, 27 nəfər yaralanıb
11-10-2026, 18:19
Tramvaylardan əşyalar oğurladıqlarına görə etnik mütəşəkkil cinayətkar qrupun on bir üzvü həbs edilib
8-10-2026, 23:13
Xəstəxanada direktor müavinini bıçaqlayan sürücü imiş - Rəsmi
8-10-2026, 23:06
Elvin Mahmudzadə yenə həbs edildi
8-10-2026, 19:41
Ayının yeniyetməyə hücum etməsindən sonra iş açılıb
8-10-2026, 19:33
20-ci mərtəbədəki mənzilindən dörd pişiyi atdı
8-10-2026, 19:20
Bir kişi polis əməkdaşlarına iki qoyunla rüşvət verməyə cəhd etdiyinə görə mühakimə olunur
7-10-2026, 20:17
Qonşusunu öldürməkdə ittiham olunaraq həbs edilib
7-10-2026, 20:13
29 il əvvəl törədilmiş qətlə görə yeni cəza alıb
6-10-2026, 18:52
Yeniyetmə babasını ölümcül şəkildə döyməkdə ittiham olunur
6-10-2026, 18:43
Köməkçi tikilidə bir kişini yandırmağa cəhd edib
5-10-2026, 15:16
Qətlə yetirilən qadının bədən hissələri ətçəkən maşından keçirilib
4-10-2026, 20:08
Qadın və qızının qətlində şübhəli çoxmilyon dollarlıq borclu idi
4-10-2026, 20:02
Keçmiş həyat yoldaşının qızını qaçıraraq Yəmənə aparıb
4-10-2026, 18:55
Övladlığa götürdüyü anasını və uşağını öldürən kişi onları ən azı 90 dəfə bıçaqlayıb
4-10-2026, 18:35
Polis məmuru ona kürəklə hücum edən sürücünü ayağından vurub
1-10-2026, 18:48
Bir kişi dörd nəfəri yaralayıb və polis tərəfindən saxlanılıb
1-10-2026, 17:03
Bir uşaq 23-cü mərtəbənin pəncərəsindən yıxılıb və sağ qalmayıb.
1-10-2026, 16:58
Şirkətin ortaq sahibinə qarşı sui-qəsd cəhdi edilib
30-09-2026, 20:42
Lisey şagirdi 25 il müddətinə azadlıqdan məhrum edilib