22:59 / 15-04-2024
Məsciddə yanğın törədib
Bütün xəbərlər
Türkiyədə insan covid, partlayış və zəlzələdən sağ çıxıb
Tarix: 19-03-2023 19:51 | Bölmə: Cəmiyyət


Türkiyənin İslahiyyə şəhərinin 78 yaşlı sakini Xəlil Karakuş koronavirusa yoluxduğu ağır xəstəlikdən sağalmaqla yanaşı, partlayış və dağıdıcı zəlzələlərdən sağ çıxa bilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, TRT kanalının məlumatına görə, kişi 2020-ci ildə həyat yoldaşı ilə birlikdə covid xəstəliyinə tutulub və o, tezliklə dünyasını dəyişib. Vəziyyəti pisləşdiyi üçün həmin ilin dekabrında 11 nəfərin ölümü ilə nəticələnən partlayış baş verən Karakuş özəl xəstəxanasının reanimasiya şöbəsinə, sonra yaralı təqaüdçü başqa xəstəxanaya köçürülüb və 70 gündən sonra sağalıb.
Fevralın 6-da zəlzələ başlayanda o, evdə qohumlarının yanında olub. Onlar ikinci mərtəbənin pəncərəsindən tullana biliblər, lakin Karakuş yenidən yaralanıb. Kanal bildirir ki, o, hazırda konteyner evində yaşayır.
Son məlumatlara görə, Türkiyədə baş verən dağıdıcı zəlzələlərin qurbanı 49 589 nəfər olub.


Baxış sayı: 131


Bölməyə aid digər xəbərlər