Bütün xəbərlər
Kimya zavodunda yanğın olub, zərərçəkən var
Tarix: 18-03-2023 22:01 | Bölmə: Cəmiyyət



Moskva vilayətinin Dolqoprudnı şəhərində kimya zavodunda yanğın baş verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ilkin məlumata görə, bir işçi yanıq xəsarətləri alıb.
Yanğın martın 18-də axşam saatlarında kimya sənayesinin ən iri müəssisələrindən birinin “Fine Organic Synthesis” şirkətinin ərazisində baş verib. Hazırda orada hündürlüyü 12 kubmetr olan neft anbarı yanır.
Son məlumata görə, yanğın 50 kvadratmetr sahədə lokallaşdırılıb, TASS yazır.


Baxış sayı: 121


Bölməyə aid digər xəbərlər