Bütün xəbərlər
Krım körpüsünün girişində üç kilometrlik tıxac yaranıb
Tarix: 12-03-2023 23:27 | Bölmə: Cəmiyyət


Krasnodar diyarının operativ qərargahı Kubandan Krım körpüsünün qarşısındakı nəzarət-buraxılış məntəqələrindən birində texniki nasazlığın baş verdiyi barədə məlumat yayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, nasazlıq səbəbindən Krıma gedən avtomobillərin texniki baxışdan keçirilmə vaxtı artıb. Nəqliyyat arteriyasının girişində üç kilometr uzunluğunda nəhəng tıxac yaranıb. Sürücülərə yarımadaya çatmaq üçün bir neçə saat lazım olacaq.
“RİA Novosti” xəbər verir ki, hazırda avadanlığın nasazlıqları aradan qaldırılır. Səlahiyyətlilər sürücülərə mümkünsə Krıma səfərlərini müvəqqəti təxirə salmağı və ya əlavə səyahət vaxtını nəzərə almağı tövsiyə edir.


Baxış sayı: 128


Bölməyə aid digər xəbərlər