Bütün xəbərlər
Blogger Nikolay Sobolev və daha dörd nəfər xarici agent kimi tanınıb
Tarix: 03-02-2023 23:41 | Bölmə: Cəmiyyət


Cümə günü, fevralın 3-də Rusiya Ədliyyə Nazirliyi qalmaqallı videobloqer Nikolay Sobolev də daxil olmaqla, beş nəfərin xarici agentlərin reyestrinə daxil edildiyini açıqlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “RİA Novosti” xəbər verir ki, bu barədə Rusiya Ədliyyə Nazirliyi məlumat yayıb. İdarənin məlumatına görə, xarici agentlərin reyestrinə Nikolay Sobolevlə yanaşı, Aleksandr Makaşenets, Pavel Mezerin, Yekaterina Dudko və Yelena Prokşayeva da əlavə edilib.
Sobolev dəfələrlə Ukraynaya dəstək və xüsusi hərbi əməliyyatın əleyhinə çıxış edib, Rusiya vətəndaşlarını və silahlı qüvvələrini gözdən salan bəyanatlara yol verib.
Yekaterina Dudko və Yelena Prokşayeva internetdə xarici agentlər tərəfindən yaradılmış materialları yaymış, xarici mənbələrdən dəstək almış, ailənin, analıq və uşaqlığın qorunması sahəsində konstitusiya prioritetlərinə zidd olan LGBT münasibətlərini təbliğ etmişlər.
Xaricdə yaşayan Aleksandr Makaşenets və Pavel Mezerin Rusiyaya qarşı yönəlmiş fəaliyyətlər həyata keçirirlər.


Baxış sayı: 131


Bölməyə aid digər xəbərlər