Bütün xəbərlər
Yeniyetmə yatmış anasını çəkiclə öldürüb
Tarix: 26-01-2023 12:51 | Bölmə: Cəmiyyət

Volqoqradda əsas şübhəlinin 15 yaşlı oğlu olan 42 yaşlı qadının qətli ilə bağlı cinayət işi açılıb. Yeniyetmə saxlanılıb, barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsi həll edilir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, BMX-nin regional istintaq idarəsindən verilən məlumata görə, yanvarın 25-də Kanatçikov prospektindəki evlərdən birinin mənzilində qadın meyiti tapılıb. Hüquq-mühafizə orqanları müəyyən ediblər ki, həmin gün səhər saatlarında 15 yaşlı oğlan yatmış anasının başına çəkiclə azı 10 dəfə zərbə endirib, daha sonra isə bıçaqla onun boynuna zərbələr endirib. Zərərçəkmiş yerindəcə dünyasını dəyişib.
İdarədən verilən məlumata görə, yeniyetmə özü polisə zəng edərək evə qayıdanda anasının meyitini tapdığını bildirib.
Müayinə zamanı qatil olduğu iddia edilən şəxsin paltarında və bədənində qan izləri aşkar edilib.
Cinayət törətməkdə şübhəli bilinən şəxs həbs edilib. Onun həbsi məsələsi həll edilir.


Baxış sayı: 158


Bölməyə aid digər xəbərlər