Bütün xəbərlər
Gənc aktyoru elektrik cərəyanı vurub
Tarix: 20-01-2023 12:13 | Bölmə: Cəmiyyət


İvan Oxlobıstinlə birlikdə "Nedetski Dom" filmində çəkilmiş aktyor Arsen Suxovski Moskva vilayətində elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bir gəncin ölümü barədə əvvəlcə onun övladlığa götürən anası, “Medvedfilm” istehsalı kino şirkətinin baş prodüseri Yulianna Medvedeva, sonra isə Oxlobıstin məlumat verib.
18 yaşlı Suxovskinin meyiti yanvarın 14-də teatr məktəbinə daxil olduqdan sonra fəhlə kimi işə düzəldiyi Zveniqorodun Suponevo mikrorayonunda tikinti meydançasında transformator qutusunun yanında tapılıb.
“Mən maaşımı almaq üçün rəisin yanına getdim, o, onu elektrik cərəyanı vurduğu transformator qutusundakı sayğacların şəklini çəkməyə göndərdi”, - Medvedev bildirib.
Faktla bağlı ehtiyatsızlıqdan adamın ölümünə səbəb olması faktı üzrə cinayət işi açılıb.


Baxış sayı: 137


Bölməyə aid digər xəbərlər