Bütün xəbərlər
Moskvada tikinti meydançasında baş verən partlayış nəticəsində bir nəfər ölüb
Tarix: 17-01-2023 22:36 | Bölmə: Cəmiyyət


Paytaxt prokurorluğunun əməkdaşları premium yaşayış kompleksinin tikintisində bir nəfərin ölümünün səbəblərini araşdırır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ilkin məlumatlara görə, faciəvi hadisə yanvarın 17-də axşam saatlarında Maryina Roşçanın 4-cü küçəsində yerləşən tikinti meydançasında baş verib. 24 yaşlı gəncin buxar qazanının zədələnməsi nəticəsində ölümcül xəsarət aldığı bildirilir.
Baş verənlərlə bağlı araşdırma aparılır, onun gedişi və nəticələri Ostankino Rayonlararası Prokurorluğu tərəfindən nəzarətdə saxlanılır.


Baxış sayı: 141


Bölməyə aid digər xəbərlər