Bütün xəbərlər
Keçmiş arvadının qətlində şübhəli bilinəndən tapança və səsboğucu götürülüb
Tarix: 05-12-2022 00:16 | Bölmə: Cəmiyyət


Axtarışlar zamanı Moskvanın Veşnyakovskaya küçəsində qadını qətlə yetirməkdə şübhəli bilinən şəxsdən “Naqant” sisteminin revolveri, onun üçün patronlar və səsboğucu götürülüb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,bu barədə RF İK-nin paytaxtın baş ofisinin Telegram kanalında məlumat verilib.
Hazırda həmin şəxsin “yaşayış yerlərində” axtarışlar aparılır. İstintaq tərəfindən zəruri ekspertizalar təyin edilib.
Dekabrın 4-də günorta saatlarında paytaxtın Veşnyaki rayonunda dayanacaqda “Peugeot” markalı avtomobilin arxa oturacağında güllə yarası olan 30 yaşlı qadının meyiti tapılıb.
TASS xəbər verir ki, qadının cəsədini partnyoru aşkar edib. Kişi evə gəlmədiyinə görə onu axtarmağa çıxıb.
Həmin gün hüquq-mühafizə orqanlarının əməkdaşları bu cinayətdə şübhəli bilinən şəxsi saxlayıblar. Məlum olub ki, hadisəni törədən mərhumun 65 yaşlı keçmiş əridir. Mərkəzi aparat rəhbərinin böyük köməkçisi Yuliya İvanova bildirib ki, saxlanılan şəxs artıq ifadə verməyə başlayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, qətlin səbəbi mənzildə yaşamaq qaydası ilə bağlı mübahisə olub - qadın keçmiş ərini evdən qovub.
Faktla bağlı adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Bu maddə üzrə 15 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.


Baxış sayı: 176


Bölməyə aid digər xəbərlər