Bütün xəbərlər
Rusiyalı zəngin iş adamı Londonda həbs edilib
Tarix: 03-12-2022 22:01 | Bölmə: Cəmiyyət


Britaniyanın Cinayətkarlığa Nəzarət Agentliyi (NCA) bildirib ki, varlı rusiyalı iş adamı və ortaq olduğu iddia edilən iki şəxs Londonda çirkli pulların yuyulmasında şübhəli bilinərək saxlanılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,dekabrın 1-də keçirilən əməliyyatda 50-dən çox hüquq-mühafizə orqanı əməkdaşı iştirak edib. Əməliyyatçılar adı açıqlanmayan 58 yaşlı iş adamının “bir neçə milyon dollarlıq iqamətgahında” axtarış aparıb və “xeyli miqdarda pul”u, habelə müşahidə kameralarının qeydlərini götürüblər.
Həmin gün NCA müstəntiqləri küçədə bir iş adamının 35 yaşlı əməkdaşını içərisində bir neçə min funt sterlinq tapdıqları çanta ilə saxlayıblar. Yarım saat əvvəl o, şübhəlinin evini tərk etmişdi.
Saxlanılan üçüncü şəxs sahibkarın şərikinin 39 yaşlı tanışıdır və o, təkcə çirkli pulların yuyulmasında deyil, həm də dələduzluq sui-qəsdində iştirakda ittiham olunur.
Hər üçü eyni gün zaminə buraxılıb, verilən məbləğ məlum deyil.


Baxış sayı: 173


Bölməyə aid digər xəbərlər