4 ay Rusiya əsirliyi “Azov döyüşçüsü”nü tanınmaz hala saldı - Fotolar
Tarix: 23-09-2022 22:55 | Bölmə: Cəmiyyət

                    4 ay Rusiya əsirliyi “Azov döyüşçüsü”nü tanınmaz hala saldı



İki gün öncə Türkiyənin vasitəçiliyi ilə Ukrayna və Rusiya arasında baş tutan əsir mübadiləsi zamanı 215 şəxs əsirlikdən azad olub.
“Qafqazino” Ukrayna mediasına istinadən xəbər verir ki, hazırda azad edilmiş hərbçilərdən “Azov” müdafiəçisi Mixail Dianovun vəziyyəti və əsirlikdə olarkən ona qarşı olan qeyri-insani rəftar dünya gündəmindədir.
Belə ki, 36-cı dəniz piyada briqadasının baş serjantı Mixail Dianov Azovstaldakı döyüşlər zamanı ağır yaralanıb. Onun hər iki ayağına güllə dəyib, sağ əlinin sümüyü isə sınıb.
Mixail dörd ay rus əsirliyində qaldıqdan sonra qol sümüyü əyri bitişib və qolunda dörd santimetr ölçüdə sümük qısalığı yaranıb. İndi onun uzunmüddətli həm bərpaya, həm də köməyə ehtiyacı var.







Baxış sayı: 47


Bölməyə aid digər xəbərlər
29-09-2022, 22:18 Nərminə dəstək olaq!