Polis mayoru şöbə rəisi təyin edildi
Tarix: 21-06-2022 22:00 | Bölmə: Cəmiyyət

                     Polis mayoru şöbə rəisi təyin edildi


Daxili işlər orqanında yeni təyinat olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin rəisi, polis mayoru Xanlar Məmmədov vəzifəsindən azad olunaraq, Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin (keçmiş Nizami Rayon Polis İdarəsi) rəisi təyin edilib.
Şöbənin əvvəlki rəisi, polis polkovniki Knyaz Həsənov bir müddət əvvəl vəzifəsindən azad olunaraq Ağcabədi Rayon Polis Şöbəsinin rəisi təyin olunub.


Baxış sayı: 62


Bölməyə aid digər xəbərlər