Bütün xəbərlər
Etibar Mirzəyev Avropa çempionu olan FHN-çini qəbul etdi - Foto
Tarix: 17-06-2022 22:57 | Bölmə: Cəmiyyət

                   Etibar Mirzəyev Avropa çempionu olan FHN-çini qəbul etdi



Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev Slovakiyada keçirilmiş minifutbol üzrə Avropa çempionatının qalibi olan milli komandamızın üzvü, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı gizir Asif Zeynalovla görüşüb.
“Qafqazinfo” xəbər verir ki, minifutbol üzrə Azərbaycan milli komandasının üzvünü fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun adından təbrik edən E.Mirzəyev komandamızın çempion olmasının əhəmiyyətindən və əldə olunan tarixi uğurdan danışıb.
Ölkəmizdə hazırda idmana olan diqqət və qayğıdan bəhs edən nazir müavini Azərbaycanda idmanın inkişafının hələ ulu öndər Heydər Əliyev tərəfindən dövlət siyasətinin prioritetlərindən birinə çevrildiyini vurğulayıb. Ümummilli Liderin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin qayğısı nəticəsində Azərbaycan idmançılarının yüksək zirvələr fəth etdiyini, nüfuzlu beynəlxalq yarışlarda böyük qələbələrə imza atdığını xatırladan E.Mirzəyev minifutbol üzrə milli komandamızın bu tarixi uğurunu sözügedən mütərəqqi siyasətin parlaq təzahürü kimi qiymətləndirib.
Sonra nazir müavini Etibar Mirzəyev minifutbol üzrə Avropa çempionu olmuş milli komandamızın üzvü, FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Asif Zeynalova fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müvafiq əmri ilə verilmiş “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalını təqdim edib.






Baxış sayı: 230


Bölməyə aid digər xəbərlər