Bütün xəbərlər
Qala divarlarını korlayan şəxs saxlanıldı
Tarix: 09-06-2022 22:25 | Bölmə: Cəmiyyət

                     Qala divarlarını korlayan şəxs saxlanıldı


Xəbər verdiyimiz kimi, İçərişəhər Qala divarlarına müxtəlif yazılar yazılmaqla tarixi abidə korlanmaya məruz qalıb.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Zeyni Hüseynov “Qafqazinfo”ya bildirib ki, divarlara müxtəlif yazılar yazaraq tarixi abidəni korlayan şəxsin kimliyi müəyyən edilib:
"Səbail Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə Qala divarını yazaraq korlayan şəxsin kimliyi müəyyən edilərək saxlanılıb.
Məlum olub ki, əməli törədən şəxs 26 yaşlı Bakı şəhər sakini S.Qurbanzadədir. Hazırda Polis İdarəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət verilməsi təmin ediləcək”.





Baxış sayı: 205


Bölməyə aid digər xəbərlər