Bütün xəbərlər
Sumqayıtda şəhid kapitanın doğum günü keçirilib
Tarix: 09-05-2022 01:02 | Bölmə: Cəmiyyət

    Sumqayıt Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzində Vətən müharibəsi şəhidi- kapitan Şirbala Hüseynovun doğum günü keçirilib.

             



    Tədbirdə əvvəlcə Vətənimiz uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

           

Tədbirin aparıcıları şəhidin həyat yolu haqqında geniş məlumat verdikdən sonra Sumqayıt Şəhər İcra Hakimiyyəti Vətən müharibəsi iştirakçıları və şəhid ailələri işinin təşkili şöbəsinin əməkdaşı Zaur Süleymanlı, Sumqayıt Regional Mədəniyyət İdarəsinin əməkdaşı, Şəhid


    Analarına Dəstək İctimai Birliyinin sədri, şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova, şəhidin döyüş yoldaşı, mayor Elşən Musayev,
şəhidin valideynləri 44 günlük müharibədən, onun göstərdiyi qəhrəmanlıqlardan və haqqında xatirələr danışıblar.


Sumqayıt Regional Mədəniyyət İdarəsi adından şəhidin yağlı boya ilə çəkilmiş şəkli qardaşı Samir Hüseynova təqdim edilib. O, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib, daha sonra tədbirdə əməyi keçən hər kəsə təşəkkür edib.


    Tədbirdə Əməkdar artist Cəlal Məmmədov şəhidə aid şeirlər söyləyib, xanəndə Məlahət Hacıyeva, Rusalan Əkbərov,Təranə Nurlu, Nicat Mənsimovun ifasında vətənpərvərlik mövzusunda musiqilər ifa olunub.



     Sumqayıt Dövlət Dram Teatrının aktyoru Şəhla Məmmədova və qiraətçi Adil Səfərovun ifasında şəhidə həsr edilən “Bu gecə yuxuma gəlmişdin, oğlum!” adlı kompozisiya gecənin iştirakçılarına təsirli və yaddaşlara hopan anlar yaşadıb.
Sabaha-inamla.az












Baxış sayı: 278


Bölməyə aid digər xəbərlər