Bütün xəbərlər
“Az rəqabətli yeri seçir, iki aydan sonra gəlir ki, yerimi dəyişin evimin yanındakı məktəbə”
Tarix: 26-04-2022 20:53 | Bölmə: Cəmiyyət

                      “Az rəqabətli yeri seçir, iki aydan sonra gəlir ki, yerimi dəyişin evimin yanındakı məktəbə”


“Müəllimlərin yerdəyişməsi bəlli bir prosedurla yerinə yetirilir”.
“Qafqazinfo” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “QəbuldASAN” verilişində deyib.
“Bu zaman biz məsafə məsələlərini nəzərə almırıq. Əsasən, müəllimlərin diaqnostik qiymətləndirmədə, işə qəbulda və ya yerdəyişmədə göstərdiyi nəticələr nəzərə alınır.
Bu, niyə belədir? Çünki bir çox müəllimlər daha az rəqabətli olan ucqar kənddəki yeri seçir, iki aydan sonra Təhsil Nazirliyinə gəlir ki, ora uzaqdır, necə gedim, yerimi dəyişin evimin yanındakı məktəbə. Bu zaman bir bütün vətəndaşlarımıza qarşı ədalətli davrana bilmirik.
Yerdəyişmə daha çox hərbçi, şəhid ailələri olmadığı təqdirdə müəllimlərin bilik-bacarıqları nəzərə alınmaqla həyata keçirilir.
Məsafə olaraq hamı öz evinə yaxın yerdə işləmək istəyir, amma o qədər vakansiya olmur, ya da evin yanındakı məktəbdə həmişə vakansiya olmur”, - nazir bildirib.


Baxış sayı: 214


Bölməyə aid digər xəbərlər