Bütün xəbərlər
Lənkəranda ana-oğul narkotacirlər saxlanıldı
Tarix: 28-01-2022 11:37 | Bölmə: Cəmiyyət

                  Lənkəranda ana-oğul narkotacirlər saxlanıldı



Lənkəranda narkotik satışında şübhəli bilinən ana və oğlu saxlanılıb.
DİN Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri İbrahim Axundov, Şəhriyar İbadlı və Səidə Əskərova Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə heroin və metamfetamin aşkarlanaraq götürülüb.
Araşdırmalarla həmin şəxslərin narkotik vasitəni Səidə Əskərovanın oğlu Müqəddəs Adıyevdən əldə etdikləri müəyyən olunub. Saxlanılan M.Adıyevin üzərindən və yaşadığı evdən 5 kiloqram 100 qramdan artıq narkotik vasitə heroin və metamfetamin aşkarlanaraq götürülüb. Həmin şəxsin narkotik vasitəni xarici ölkələrdən birinin vətəndaşı vasitəsilə əldə etdiyi müəyyən edilib.
Daha 11 nəfər – Turac Rzazadə, Zahid Səlimov, Elvin Cəfərov, Bayram Nəsrullayev, Ramin Cəbizadə, Mirxəlil Mirverdiyev, Zeyqəm Rzayev, Fərid Hüseynov, Ruslan Əliyev, Musa Hüseynov və Ümid Məmmədov saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılmış heroin və qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Həmin şəxslərdən Turac Rzazadə, Ramin Cəbiyev və Ruslan Əliyevin oğurluq əməllərinin də üstü açılıb. Belə ki, Turac Rzazadənin 2 yaşayış evindən 2040 manat dəyərində məişət əşyalarını, Ruslan Əliyevin 2 evdən 800 manat dəyərində elektrik generatoru, 2 ədəd velosiped və digər əşyaları, Ramin Cəbizadənin isə məzar daşları sexindən 2100 manat dəyərində notbuk, monitor və məzar daşlarının hazırlanmasında istiadə olunan avadanlıqları oğurladığı müəyyən olunub.
Faktlarla bağlı araşdırma aparılır.


Baxış sayı: 239


Bölməyə aid digər xəbərlər