Bütün xəbərlər
DİN-dən şagirdləri döyən direktorla bağlı açıqlama
Tarix: 06-01-2022 19:53 | Bölmə: Cəmiyyət

                   DİN-dən şagirdləri döyən direktorla bağlı açıqlama


Daxili işlər Nazirliyi Bakıda şagirdləri döyən məktəb direktoru ilə bağlı açıqlama yayıb.
Nazirliyin Mətbuat Xidmətindən "Qafqazinfo"ya bildirilib ki, hadisə nəzarətə götürülüb:
"Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktorunun şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu videogörüntülərdən məlumatlıyıq. Ərazi üzrə - Nəsimi RPİ-nin 19-cü Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır. Hazırda təhqiqat qrupu məktəbdədir. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək".




Baxış sayı: 488


Bölməyə aid digər xəbərlər
18-01-2025, 11:24 Avtomobil suya düşüb