Bütün xəbərlər
“Azərişığ”ın əməkdaşı Laçında minaya düşdü
Tarix: 22-11-2021 21:40 | Bölmə: Cəmiyyət

                  “Azərişığ”ın əməkdaşı Laçında minaya düşdü


“Azərişığ”ın əməkdaşı minaya düşərək xəsarət alıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə Laçın rayonunun Güləbird kəndi ərazisində qeydə alınıb.
Belə ki, Biləsuvar rayon sakini, 1988-ci il təvəllüdlü Əbilov Mahir Ramiz oğlu xidməti vəzifəsini yerinə yetirən zaman minaya düşüb.
O, yüksək gərginlikli xəttin çəkilişi üçün buraya Biləsuvar Elektirik Şəbəkəsindən elektrik kimi ezam olunub.
M.Əbilovun sağ ayağı amputasiya edilib.


Baxış sayı: 236


Bölməyə aid digər xəbərlər