Bütün xəbərlər
Rəşad Dağlının dostunu güllələyən şəxsə hökm oxundu
Tarix: 13-10-2021 18:17 | Bölmə: Cəmiyyət

                   Rəşad Dağlının dostunu güllələyən şəxsə hökm oxundu


İki il əvvəl Bakıda baş verən atışmaya görə həbs edilən Tural Nağıyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Nağıyevə 13 il 6 ay azadlıqdan məhrum etmə cəzası verilib.
Qeyd edək ki, Tural Nağıyev Yasamalda kriminal aləmə yaxınlığı ilə bilinən Zülfü Muradovu və İlkin Bağıyevi avtomobildə güllələmiş, hər iki şəxs ağır yaralanmışdı. Hadisənin kriminal hesablaşma zəminində törədildiyi bildirilirdi.
Xatırladaq ki, güllələnən Zülfü Muradov tanınmış meyxanaçı Rəşad Dağlının dostu olub. Z.Muradov xəstəxanadan çıxandan sonra həbs edilib. O, narkotik vasitə əldə etmə və satma ittihamı ilə 6 il həbs cəzası alıb.


Baxış sayı: 243


Bölməyə aid digər xəbərlər