Bütün xəbərlər
Şəhid anası: "Gözüm yollarda qalıb, deyirəm bəlkə balam gələr"-VİDEO-Sabaha-inamla.az-da
Tarix: 10-10-2021 09:07 | Bölmə: Cəmiyyət


Sumqayıtda 44 günlük müharibədə şəhidlik zirvəsinə ucalmış Pərvin Babayevin ildönümü mərasimi keçirilib.
Tədbirdə ictimayyət nümayəndələri, ziyalılar, jurnalistlər iştirak ediblər. Sabaha-inamla.az şəhid barədə qohumunun fikirlərini tamaşaçıların nəzərinə çatdırır:
                          
Pərvin Babayev 2001-ci il sentyabrın 26-da Rusiya Federasiyasının Saratov şəhərində anadan olub.[1] 2008-2019-cu illərdə Sumqayıt şəhərində 6 nömrəli tam orta məktəbdə təhsil alıb. Subay idi.
Pərvin Babayev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin əvvəlcə Ağcabədi rayonunda, sonra isə Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi.


Azərbaycan Ordusunun əsgəri olan Pərvin Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Pərvin Babayev oktyabrın 6-da Füzuli döyüşləri zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərvin Babayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.


Namiq MƏMMƏDLİ
Sabaha-inamla.az





Baxış sayı: 433


Bölməyə aid digər xəbərlər