Bütün xəbərlər
Bakıda polis arvadını şöbədə xidməti silahla öldürdü
Tarix: 30-09-2021 12:09 | Bölmə: Cəmiyyət

                     Bakıda polis arvadını şöbədə xidməti silahla öldürdü


Bakıda polis əməkdaşı həyat yoldaşını şöbədə qətlə yetirib.
Bu barədə "Qafqazinfo"ya  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bu gün səhər saat 9 radələrində Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanın ailə münaqişəsi zəminində ondan 24-cü Polis Şöbəsinə şikayətə gəldiyi barədə məlumat alıb.
O, dərhal şöbəyə gəlib və üzərində olan xidməti silahdan atəş açaraq X.Məmmədovanı orada qətlə yetirib.
İ.Məmmədov saxlanılıb. Faktla əlaqədar rayon prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.


Baxış sayı: 426


Bölməyə aid digər xəbərlər