Bütün xəbərlər
Məktəbdə şəhidlərin xatirəsinə həsr olunmuş "Anım Günü" ilə əlaqədar matəm mitinqi keçirildi
Tarix: 28-09-2021 20:43 | Bölmə: Cəmiyyət


     Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə 27 sentyabr - Şəhidlərin xatirəsinə həsr olunmuş "Anım Günü" ilə əlaqədar matəm mitinqi keçirildi. Saat 12⁰⁰ də Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
    Məktəbin direktoru Gülnaz Abdullayeva 27 sentyabrda erməni təxribatlarına cavab olaraq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun hücuma keçərək işğal altında olan ərazilərimizin erməni işğalçılarından azad etdiyindən danışdı.Bu yolda Şəhid olanlar əbədi ölümsüzlük qazandılar.
    Çıxış edənlər Qarabağın azadlığı uğrunda şəhid olan oğul və qızlarımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən əziz tutulduğunu qeyd etdilər.
Namiq MƏMMƏDLİ
Sabaha-inamla.az














Baxış sayı: 410


Bölməyə aid digər xəbərlər