Bütün xəbərlər
Sumqayıtda 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Bilik” intellektual oyunu keçirildi
Tarix: 08-09-2021 18:33 | Bölmə: Cəmiyyət


Sumqayıtda 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Bilik” intellektual oyunu keçirildi
08 sentyabr 2021-ci il tarixində Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin şəhər nümayəndəliyinin birgə təşkilatçılığı ilə mövcud pandemiya qaydalarına uyğun olaraq 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Bilik” intellektual oyunu keçirilib.
İntellektual oyunun keçirilməsində məqsəd 44 günlük şanlı vətən müharibəsinin təbliği, vətən uğrunda canından keçmiş şəhidlərimizin unudulmaması, vətənpərvərlik hisslərinin yüksəldilməsi, gənclərin intellektual səviyyəsini, zehni inkişafını stimullaşdırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkili və dünya görüşünün artırılmasıdır. Yarışda şəhərin müxtəlif sahələrini təmsil edən gənclər təşkilatlarından ibarət 8 komanda iştirak etmişdir.
Gərgin və maraqlı keçən yarışmanın sonunda I yeri Qızıl Aypara Cəmiyyətinin Sumqayıt Bölməsi, II yeri Gənclərin İnkişaf və Karyera Mərkəzinin şəhər nümayəndəliyi, III yeri isə Sumqayıt Könüllü Cəmiyyətinin komandaları tutmuşdur.
Qalib komandalar kubok, medal, hədiyyə və diplomlarla təltif edilmişdir.

Sabaha-inamla.az






Baxış sayı: 305


Bölməyə aid digər xəbərlər