09:23 / 17-10-2021
Şuşadan ilk zəng...
Türkiyəyə göndərilən daha 11 qazimiz sağalaraq Vətənə geri dönüb
Tarix: 06-09-2021 12:21 | Bölmə: Cəmiyyət

Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 11 qazimiz sağalaraq Vətənə geri dönüb:

1. Qurbanov Əbülfət Tanrıverdi oğlu
2. Rəhimov Ziyəddin Aşur oğlu
3. Yusifov Alik Elşən oğlu
4. Novruzov Rəşad Lətif oğlu
5. Həmidov Mahur Mahir oğlu
6. Əhmədov Xəyyam Hidayət oğlu
7. Məmmədov Vidadi Ələkbər oğlu
8. Səlimzadə Tural Vasif oğlu
9. Atakişiyev Nəriman Qələndər oğlu
10. Muradov Tanırverdi Mədəd oğlu
11. İsmayılov Rüfət Fəxrəddin oğlu

Onların Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb.
Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.
"YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 43 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.
“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.
Allah qazilərimizə şəfa versin!
Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.
Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau
Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

Sabaha-inamla.az







Baxış sayı: 102


Bölməyə aid digər xəbərlər