Bütün xəbərlər
Restoran və hotellərə girişdə COVID pasportu belə yoxlanılacaq
Tarix: 20-08-2021 13:07 | Bölmə: Cəmiyyət

                    Restoran və hotellərə girişdə COVID pasportu belə yoxlanılacaq



“Sentyabrın 1-dən kafe-restoran, hotel və iaşə obyektlərində COVID pasportu yoxlanılacaq. Bunun üçün ASAN xidmət tərəfindən mobil tətbiq hazırlanıb. Həmin yerlərin işçiləri bu sistemdən istifadə edə biləcəklər”.
"Qafqazinfo" xəbər verir ki, bunu ASAN xidmətin sədri Ülvi Mehdiyev  deyib.
O bildirib ki, mobil tətbiq proqram vasitəsilə COVID pasportunu yoxlaya biləcəklər: "Həm pasport, həm də şəxsiyyət vəsiqəsi məlumatları əsasında bu yoxlanılacaq. Vətəndaşdan xüsusi prosedur tələb olunmur. Yalnız xahiş odur ki, pasport üzərlərində olsun. Yaxud da şəxsiyyət vəsiqəsi məlumatlarını deməklə yoxlamaq mümkündür.
Yeganə xahiş bu cür məkanlar üçün peyvənd olunmayanların peyvənd olunmasıdır. Həmin obyektlərdə yoxlamanı həyata keçirən şəxslər slayddan baxa bilər. 9108 çağrı mərkəzinə də müraciət edə bilərlər".


Baxış sayı: 257


Bölməyə aid digər xəbərlər